Orkhan Amrullayev

Orkhan Amrullayev

Prodüser,Musiqiçi,Blogger,Tənqidçi.
  • 0 Hayran
Orkhan Amrullayev için bizdən biri ol satın al
Bu mesajı özel yap
Orkhan Amrullayev
Prodüser,Musiqiçi,Blogger,Tənqidçi.

Salam,mənim adım Orxandır.

Mən 2003 cü ildən Azərbaycan Rap musiqisi sahəsinə özünü sərf etmiş,İlk başlarda Reper olaraq fəaliyyət göstərmiş,daha sonra isə bu sahəyə daha dərindən xidmət etmək üçün prodüser olaraq çalışmağa başlayan və hər kəsin "Kadero MC" ləqəbi ilə tanıdığı həmin oğlanam.

Azərbaycan Hip Hop mədəniyyətində kifayət qədər tanınmış bir çox MC'nin prodüserliyini və Piar Menecerliyini etmişəm.İlk başlarda Köhnə məktəb Reperlərindən Elşad Xose,Miri Yusif və Hüseyn Dərya ilə bir müddət iş birliyimiz olmuşdur.Daha sonra isə günümüzün ən məhşur reperləri olan,ZiqZaq,Xpert,Paster,Rüzgar,Saybu Swag kimi adlarla işləmişəm.2020 və 2023 illərdə isə Azərbaycan battle Rap mədəniyyətində ən qalmaqallı MC sayılan və heç bir Battle yarışmasında məğlub olmayan "TİBU" ləqəbli Reperin Prodüserliyini etmişəm.Bununla yanaşı Mən Azərbaycan Rap mədəniyyətinə xitab edən,İnternet (Youtube) üzərindən yayımlanan ilk Maqazin proqramlarının (Reaksiya və Maqazin formatlı) müəllifiyəm.Hal-Hazırda isə Youtube üzərindən yayımlanan "Al Bunu Qoy Ora" lahiyyəsinin yaradıcısı və aparıcısıyam.Bu proqram Tənqidçi profili olmaqla yanaşı,həmdə "Reaksiya" formatlı bir proqramdır.Bu proqramda eyni zamanda təkcə Rap musiqisi deyil,həmdə müasir estrada musiqilərinə geniş yer verilməkdədir.Bununla yanaşı ölkəmizdə olan müəyyən sosial problemləri də işıqlandıran bir proektdir “Al Bunu Qoy Ora”Patreon üzərindən isə siz bundan sonrakı buraxılışlara və canlı yayımlara dəstək olmaq üçün mənimlə bu yolu gedə bilərsiniz.