Sevdiğin işi yap, izleyicilerinden destek kazan!
Şair, jurnalist.
2018-ci ildə Azərbaycan Yazıçılar Birliyinin II Gənc Ədiblər məktəbinin sertifikatçısı olub. 2019-cu ildə “Hər yer ədəbiyyat” hərəkatının yaradıcı üzvlərindən biri olub. İlk dəfə sosial şəbəkələrdə şairlər, yazıçılar sırf ədəb iyyat adı ilə gündəmdə olmuşdular. Bu hərəkat ədəbiyyat naminə yaradılmışdı. Həm kitab bazarı ilə bağlı problemlər önə çəkilmiş, həm də oxucuların diqqətini kreativ şəkildə kitaba, ədəbiyyata yönəltmək bu hərəkatın əsas məqsədlərindən biri idi. İlk dəfə bir ədəbiyyat hərəkatı sosial şəbəkələrdə 2000-dən artıq insanı bir sloqan – “Hər yer ədəbiyyat”– altında cəmləyə bilmişdi. Məşhur müğənnilər, sənətçilər də bu dalğaya qoşulmuş, TV-lər bu hərəkata dəstək vermişdi. 2020-ci ilin əvvəllərində “Günəbaxan”adlı şeirlər kitabı çapdan çıxıb. 2023-cü ildə isə "Susdum" adlı esselər kitabı işıq üzü görüb. İlk dəfə 2019-cu ildə “Keçən gün” adlı müharibə mövzulu şeiri MAP Beynəlxalq teatr festivalında səhnəyə qoyulan “Dəli yığıncağı” tamaşasında yer alıb.2020-ci ildə jurnalistlər üçün təşkil olunmuş yazı müsabiqəsində “Mədəniyyətimizin sürgünü” adlı yazısı yer tutub.
2021-ci ildə Prezident təqaüdünə layiq görülüb.
2021-ci ildə ARB TV-də yayımlanan “Bişmiş” mətbəx şousunun musiqi sözlərinin müəəllifi olub.2021-ci ildə “Səhnə teatr”ının Mirzə Fətəli Axundovun "Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur" əsərinin motivləri əsasında tamaşaya qoyduğu “Bir dəfə Qarabağda” etno-müzikl tamaşasının musiqi sözlərinin müəllifidir.2022-ci ildə "Daşaltı Cıdırın ətəyində namaz qılır" adlı reportaj yazısı "ən yaxşı reportaj" mükafatına layiq görülüb.
2022-ci il 2 fevral Gənclər gün Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənci” adına və pul mükafatına layiq görülüb.
2023-cü ildə Youtube platformasında yayımlanan, “Racool studio”nun “Kino-Mino” layihəsinin aparıcı, müəllifi olub. Layihədə mədəniyyət, incəsənət və ədəbiyyat mövzularında buraxılışlar ərsəyə gətirib.
Copyright © 2024 Emin Əlizadə. Tüm hakları saklıdır.