Shohrat Albandov

Shohrat Albandov

Mobile developer
  • 0 Hayran
Shohrat Albandov için kofe satın al
Bu mesajı özel yap
Shohrat Albandov
Mobile developer

Salam! Mən Şöhrət, Polşada yaşayan və mobil tətbiqetmə inkişafına böyük maraq göstərən bir Mobile Developerəm. Hal-hazırda Flutter və Dart ilə tətbiqetmə inkişafı mövzusunda özümü inkişaf etdirirəm. Təhsilimi WSB Universitetində Rəqəmsal Marketinq ixtisası üzrə ikinci kurs tələbəsi olaraq davam etdirirəm.

Texnologiyaya olan marağımdan əlavə, səyahət etməyi və yeni yerlər kəşf etməyi çox sevirəm. Bu həvəsimi Instagramdakı avropa.edv adlı səhifəmdə paylaşır, Avropada yaşamağın incəlikləri, endirim fürsətləri və səyahət etdiyim yerlərlə bağlı məlumatlar verirəm. İnsanlara daha münasib və xoş bir həyat necə sürmək mümkün olduğunu göstərməyi hədəfləyirəm.

Boş vaxtlarımda yeni texnologiyalar öyrənməyi, kod yazmağı və rəqəmsal marketinq strategiyaları hazırlamağı sevirəm. Gələcəkdə, öyrəndiyim bütün bu bilikləri bir araya gətirərək yenilikçi və istifadəçi dostu mobil tətbiqlər inkişaf etdirməyi hədəfləyirəm.

Məni daha yaxından tanımaq və səyahətlərimdən ilham almaq üçün Instagram səhifəmi ziyarət edə bilərsiniz!    AVROPA.EDV

Sevgiylə qalın❤️