
Düşünərkən ölümün vaxtını röyaya dalar,
Və gələr nagəhan ətrin səni ki, ya'də salar,
Çəkilər çarmığa ruhum belə fəryad qoparar,
Səni sevsəm əgər, əqlim yenə nifrətlə anar,
Axı mən şeytana xas, atəşə köz, qan kimiyəm
Sən mələk bənzəri, mən, iblisə bənzər biriyəm
Əzizim, görsən əgər nəhri-Xəzər dalğalanır,
Yerə göydən tökülən neysan helə qanlı damır,
Açılan günlü səhər, sonra da tufan qoparır,
Və ayın dövrünü a'ra'm ilə ulduzlar alır,
Biləsən ki, qoca ərşin yeni bir xadimiyəm
Sən mələk bənzəri, mən iblisə bənzər biriyəm
Gələ və'd eyliyə Tanrım ki, günahlardan arın
Təzədən gəl qanadım altına ne'mətlə barın
Yenə gəlməm. Daha yaddır mənə yoxluqda varın!
Sənə gəldikdə isə mən susuram... Baxma saqın!
Axıdır çün qara qan sir-sifətim. Xəstəliyəm.
Sən mələk bənzəri, mən iblisə bənzər biriyəm
Onu axtarma, fəqət bil ki, səfil qülbədədi
Duyulan qülbədə tək sıtmalı bir qəhqəhədi
Utanır, ağlayır, hərdən bayılır, tö'bədədi
"Əzizim, gəlmə!" - deyir, - “Çünki əcəb mənzərədi”
Axı mən xa'liqimin həm qəzəbi, həm kiniyəm
Sən mələk bənzəri mən iblisə bənzər biriyəm.
A.