Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Rüfət Abdulla
  • Yazı 5: Nobelsiz öldü getdi
    Rüfət Abdulla
  • 557 Baxış
  • 30.08.2023
  • 1 dəq oxuma

Yazı 5: Nobelsiz öldü getdi

Milorad Paviç haqqında - qısa

Yazı 5: Nobelsiz öldü getdi

Ədəbiyyat sahəsində Nobel mükafatına yanaşmam ikilidir. Bir tərəfdən bu mükafatı almış hər kəsin ona layiq olduğunu hesab edirəm və əslində bizim (geniş oxucu kütlələri) üçün yeni müəlliflər kəşf elədiyi üçün minnətdaram. Digər tərəfdən də, bu yüksək mükafata layiq olan amma bu mükafatı almadığı üçün yaradıcılıq qabiliyyətlərinə şübhə eləmədiyimiz müəlliflər hər birimizin şəxsi reytinqlərində vardır. Çox keçmişə getmək istəmirəm, amma sağ ikən mənim oxuduğum və bu mükafatı qazanacağına, bununla da daha çox şöhrət qazanacağına, nəticədə əsərləri daha çox oxucuya məlum olacaq 3 müəllifi xüsusilə qeyd etmək istərdim. Bunlardan birinci Kurt Vonnequtdur. Onun yaradıcılığı ilə nisbətən gec tanış oldum, amma ilk romanını oxuyan kimi bir ildə rus dilinə tərcümə olunmuş az qala bütün əsərlərini oxudum. Vonnequt fantastika deyil - Vonnequt sənin üçün çalan həyəcan təbilidir. Daha bir müəllif - bu üçlükdə daha çox məşhur olan Umberto Ekodur - psevdotarixi-psevdodetektiv romanlarından tutmuş siyasi esselərinə qədər - sözsüz ki, Eko dövrümüzün ən erudisiyalı müəllifi idi. Üçüncü qeyd etmək istədiyim müəllif isə serb Milorad Paviçdir. Zəngin serb mədəni ənənəsinin davamı və daha çox Latın Amerikası ədəbiyyatına xas sehrli realizmin sintezi olan Paviçin hər romanı bir yuxudur. Oxuduqca içinə dalıb doymursan, kitabı bağlayan kimi isə vur öldür bir ifadə belə xatırlamırsan.

Onun iki kitabı istifadə üçün “Rüfət  Abdulla İcma Kitabxanası”nda da var - 48 və 88 sırada.

Kitabxanaya qoşulun

Digər məqalələr

Yazı 4: Bədii ədəbiyyatı nə üçün oxumalı?

Yazı 4: Bədii ədəbiyyatı nə üç

  • 577 Baxış
  • 26.08.2023
  • 1 dəq oxuma
Bədii ədəbiyyat əhəmiyyətlidir. Çox! ...
Yalnız Dəstəkçilər
Daha çox
Yazı 3: İctimai Kitabxanada axtarış

Yazı 3: İctimai Kitabxanada ax

  • 754 Baxış
  • 17.08.2023
  • 1 dəq oxuma
İctimai Kitabxanada zövqünüzə uyğun kitabları necə tapa bilərsiniz ...
Yalnız Dəstəkçilər
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.