Kofe Al
  • Авторы
  • Блог
  • ЧАВО
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
  • Войти Регистрация
Kofe Al
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce

Делай то, что любишь, получай донаты от своей аудитории!

  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
    • Авторы
    • Блог
    • ЧАВО
Войти Регистрация
Подписывайтесь на нас
Zaur Bünyadzadə
  • "Mickey 17" – absurd və əyləncəli alleqoriya
    Zaur Bünyadzadə
  • 207 Просмотры
  • 10.03.2025
  • 2 мин. чтения

"Mickey 17" – absurd və əyləncəli alleqoriya

"Oscar"dan sonra gələn elmi-fantastik komediya

"Mickey 17" – absurd və əyləncəli alleqoriya

“Mickey 17” kapitalizmin sərt idarəetmə mexanizmləri və əməyin istismarı üzərində qurulmuş elmi-fantastik alleqoriyadır. Rejissor bugünkü radikal sağçı sosial-siyasi mənzərəyə qarşı sarkastik mövqe tutur. Film müstəmləkəçi cəmiyyətin daxilində bədəni və əməyi istismar edilən bir klonun öz varlığı uğrunda mübarizəsindən bəhs edir. Baş rolu ifa edən Robert Pattinson möhtəşəm performans nümayiş etdirir. O, iki fərqli klonu (Mikki 17 və Mikki 18) canlandırır və bu ikili performans filmin ən güclü tərəflərindən biridir. Pattinson bu iki təzadlı obrazı elə ustalıqla canlandırır ki, bu rol onun karyerasının ən təsirli rollarından birinə çevrilir. Filmin ab-havası bəzən absurd komediya, bəzən isə ciddi elmi fantastika arasında dəyişir. Süjet bir qədər dağınıq şəkildə irəliləyir, bu da bəzi məqamlarda axıcılığın pozulmasına səbəb olur. Sona doğru temp bir qədər də aşağı düşür və düzünü desəm, final elə də uğurlu alınmayıb. 

Onu da qeyd etməliyəm ki, filmdə səhnə tərtibatı və operator işi xüsusi diqqət çəkir. Filmin təsvir rejissoru Darius Xondji mükəmməl bir iş ortaya qoyub, zamanın donduğunu hiss etdirən unikal bir dünya yaradıb. Pon Djun Xonun əvvəlki filmi “Parasite” (2019) sinfi bərabərsizlik, sosial iyerarxiya və istismar mövzularını realist və qara yumorla təqdim edirdi. “Mickey 17” isə eyni istismar mövzusunu elmi fantastika çərçivəsində yenidən gündəmə gətirir. Əgər “Parasite” geniş sosial dinamikalara toxunaraq sinfi mübarizənin dramatik təsvirini verirdisə, “Mickey 17” daha çox fərdi bir personajın (klonun) fiziki istismarını mərkəzə qoyur. Hər iki film cəmiyyətin ən aşağı təbəqələrinin necə dəyərsizləşdirildiyini göstərir. 

Rejissor bizə tanış olan özünəməxsus tərzinin başqa, indiyədək görünməyən bir tərəfini ortaya qoyur. O, bu dəfə fantastika janrından istifadə edərək sosial mesajlarını futuristik bir kontekstdə daha abstrakt və simvolik dillə ifadə edir. “Mickey 17” absurd, gülməli və düşündürücü bir təcrübədir. Pon Djun Xo öz bənzərsiz perspektivi ilə parlamağa davam edir. Mən filmi “İMAX” kinoteatrında izlədim və vizual təcrübə həqiqətən təsirli idi. Səhnələrin genişliyi, detalları və təsvirin dərinliyi filmi daha immersiv edir. İmkanınız varsa, “Mickey 17”nin məhz “İMAX” versiyasını izləməyi tövsiyə edirəm.

Другие посты

"Eyes Wide Shut" və Kubrikin təyyarə qorxusu

"Eyes Wide Shut" və Kubrikin t

  • 159 Просмотры
  • 19.03.2025
  • 1 мин. чтения
Aerofobiyanın filmlərdəki vizual təzahürləri ...
Все
Больше
Müasir marketinq dünyasında ustalıq nümunəsi

Müasir marketinq dünyasında us

  • 230 Просмотры
  • 02.02.2025
  • 2 мин. чтения
"Formula 1"in dirçəlişi təsadüf deyil... ...
Все
Больше
kofe.al

Мы создали проект для поддержки талантливых и креативных людей как вы. Присоединяйтесь к нам!

Как это работает?
  • Донаты
  • Подписка
  • Магазин
  • QR-коды
  • Отличие
Интеграции
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • О нас
  • Правила
  • Политика конфиденциальности

Copyright © 2025 проект BONPARA. Все права защищены.