Hans Zimmer və "Kəpənək effekti"

Zamanı və məkanı aşa bilən yeganə şey sevgidir...


449 baxış
06.08.2025
1 dəq oxuma

Bildiyiniz kimi, "Interstellar" 2007-ci ildə Stiven Spilberqin çəkməyi planlaşdırdığı bir layihə idi. Ssenari Kristofer Nolanın qardaşı Conatan Nolana həvalə olunmuşdu. Lakin bir müddət sonra Spilberq layihəni tərk edir və film təxirə salınır. Kristofer Nolan 2013-cü ildə filmin rejissor kürsüsündə əyləşir. Amma hələ ssenarini (yenidən) yazmamışdan əvvəl Hans Zimmerdən film üçün musiqi bəstələməsini xahiş edir. Zimmer bir neçə musiqi parçası hazırlayır və Nolan onlara qulaq asır. Dinlədikdən sonra dediyi ilk söz belə olur: “Hm, məncə, bu filmi çəksəm, daha yaxşı olar”.