Kofe Al
  • Авторы
  • Блог
  • ЧАВО
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
  • Войти Регистрация
Kofe Al
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce

Делай то, что любишь, получай донаты от своей аудитории!

  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
    • Авторы
    • Блог
    • ЧАВО
Войти Регистрация
Подписывайтесь на нас
Ulduzlu Yol
  • Yalançı Dovşan nağılı dinlə / cizgi film izlə
    Ulduzlu Yol
  • 273 Просмотры
  • 15.06.2024
  • 3 мин. чтения

Yalançı Dovşan nağılı dinlə / cizgi film izlə

Azerbaycan dilinde cizgi filmleri / Nagil / Hekaye / Nağıl / Hekayə / Öyrədici / Oyrədici / Usaq kanali / Uşaq kanalı / Yalançı dovşan / Yalanci dovsan / Ylanachi dovshan / Meşə heyvanları - Ayı və Dovşan Etiketlər: Azerbaycan sesli nagillar, nagil, guzgu nagili, dovsan ve guzgu, ayna nagili, ayna, nagillar alemi, usaqlar ucun, ushaqlar ucun nagillar, dovşan, ayı, tülkü, dovsan, dovshan, ayi, tulku #uşaqlarüçün #uşaqkanalı #ulduzluyol #nağıllar #nagillaralemi #azerbaijanfairytales #azerbaycan #azerbaijan #usaqlarucun #uşaqvideoları

Başlıq: Yalançı dovşan nağılı | Gülzar İbrahimova | Nağıllar və Hekayələr

Kanaldakı digər çizgi filmləri izlə:    • 🎞️ Azərbaycan dilində cizgi filmləri   

Tiktok:  / ulduzluyol   

Instagram:  / ulduzluyol    

Azerbaycan dilinde cizgi filmleri / Nagil / Hekaye / Nağıl / Hekayə / Öyrədici / Oyrədici / Usaq kanali / Uşaq kanalı /  Yalançı dovşan / Yalanci dovsan / Ylanachi dovshan / Meşə heyvanları - Ayı və DovşanEtiketlər: Azerbaycan sesli nagillar, nagil, guzgu nagili, dovsan ve guzgu, ayna nagili, ayna, nagillar alemi, usaqlar ucun, ushaqlar ucun nagillar, dovşan, ayı, tülkü, dovsan, dovshan, ayi, tulku#uşaqlarüçün #uşaqkanalı #ulduzluyol #nağıllar #nagillaralemi #azerbaijanfairytales #azerbaycan #azerbaijan #usaqlarucun #uşaqvideoları  

Gülzar İbrahimova. Yalançı dovşan

Biri var idi, biri yox idi. Bir meşədə çoxlu heyvanlar yaşayırdı.

Günlərin bir günü, Ayı bilmədən Dovşanın ayağını tapdaladı. Dovşan elə bağırdı, az qaldı Ayının qulaqları tutulsun:

- Aman, öldüm! Vay, ayağım sındı! Ay anaaaa...

Ayı çox pərt oldu. Bilmədi neyləsin ki, Dovşanın könlünü alsın:

- Bilmədim, vallah, bilmədim! Yöndəmsiz bədənim qoymur ayağımın altını görüm! Bağışla, Dovşan, bağışla!- Bağışlaya bilmərəm! Vay ayağım, ayaqsız qaldım! Bundan sonra ayaqsız neyləyəcəyəm? Necə hoppanıb düşəcəyəm? Ay-ay, öldüm!- Yaxşı, yaxşı, sakit ol! Mən səni bu vəziyyətdə atıb getmərəm, gəl, gedək mağarama! Nə lazımdırsa edərəm, ayağın tez sağalar.

Ayı dediyi kimi elədi. Dovşanı qucağına alıb, mağarasına gətirdi. Yedirtdi, içirtdi, ayağına dərman bağladı. Yumşaq yerdə yatırtdı. Bir gün belə, beş gün belə, on beş gün belə, Ayı Dovşana elə baxırdı, Dovşanın yuvasına getmək fikri yox idi. Ayı hər dəfə soruşurdu:

- Dovşan, a dovşan, ayağın yenə ağrıyır?- Ağrıyır nədi, günü gündən pisləşir. Belə getsə ayaqsız qalacağam!

Ayı Dovşana inanır, hər dəfə bazardan ona dadlı yeməklər alırdı. Kök, dondurma, tort, şokolad, nələr, nələr... Amma dovşan heç vaxt razı qalmırdı:

- Nə qədər eyni yeməkləri yemək olar? Belə yeməklərlə sağalmaq olar? Armud, üstündə də bal yemək istəyirəm!

Ayı gedib onu da alıb gətirdi.

Bir gün Ayı yolda Tülküyə rast gəldi. Tülkü:

- Yaman fikirlisən, bir şey olmayıb ki?

Ayı başına gələnləri Tülküyə danışdı. Tülkü hiyləni başa düşdü. Çünki o özü belə hiylələri çox eləmişdi. Təəssüflə dedi:

- Yazıq dovşan, onu mütləq həkimə aparmaq lazımdır, özü də təcili!

Ayı razılaşdı. Ayı ilə Tülkü Dovşanın yanına gələndə Dovşan şirin-şirin yatmışdı. Tülkünün səsinə yerindən dik qalxıb oturdu. Tülkü Ayıya dedi:

- Mənim də ayağım belə olmuşdu. Yəqin ayağı yerindən oynayıb. Dovşana təcili keyidici iynə vurub ayağını yerinə salmaq lazımdır. Mən həkiməm, bunu asanlıqla edə bilərəm.

Dovşan iynə adı eşidən kimi yerindən dik atıldı. Elə qaçdı Ayı təəccübdən yerində qurudu. Amma Tülkü təəccüblənmədi. Çünki Dovşanın hiyləsini başa düşmüşdü:

- Gördün?- Gördüm! – Deyə Ayının gözləri təəccübdən bərəldi.

Beləliklə, Ayının canı yalançı Dovşandan qurtardı. O, Tülküyə minnətdarlıq elədi. Yalanının üstü açılmış Dovşanı isə daha bu tərəflərdə görən olmadı.

Другие посты

🐝"Arıların qəzəbi" nağılı Azərbaycan dilində cizgi filmi

🐝"Arıların qəzəbi" nağılı Azər

  • 251 Просмотры
  • 17.01.2025
  • 4 мин. чтения
Başlıq: Arıların qəzəbi nağılı | O. Hüseynov | Nağıllar və Hekayələr Müəllif: O. Hüseynov Azerbaycan dilinde cizgi filmleri / Nagil / Hekaye / N ...
Все
Больше
Tülkü və Qarışqa nağılı - Azərbaycan dilində cizgi filmi

Tülkü və Qarışqa nağılı - A

  • 214 Просмотры
  • 17.01.2025
  • 4 мин. чтения
Başlıq: Tülkü və Qarışqa nağılı | Qırğız xalq nağılı | Xalq Nağılları Müəllif: Qırğız xalq nağılı Kanaldakı digər çizgi filmləri izlə: • 🎞️ Azə ...
Все
Больше
kofe.al

Мы создали проект для поддержки талантливых и креативных людей как вы. Присоединяйтесь к нам!

Как это работает?
  • Донаты
  • Подписка
  • Магазин
  • QR-коды
  • Отличие
Интеграции
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • О нас
  • Правила
  • Политика конфиденциальности

Copyright © 2025 проект BONPARA. Все права защищены.