"Kukla" - Azərbaycan Uşaq mahnısı

Məktəbəqədər uşaqlar üçün mahnı Musiqi: Ağabacı Rzayeva Sözləri: Cahangir Məmmədov İfa edir: Z. Məmmədova


602 baxış
19.02.2024
1 dəq oxuma

Məktəbəqədər uşaqlar üçün mahnı
Musiqi: Ağabacı Rzayeva 
Sözləri: Cahangir Məmmədov
İfa edir: Z. Məmmədova

Mahnı sözləri:
Ay uzun saç, qara göz,
Ağıllı kuklam mənim.
Gəl əlifba oxuyaq,
Sən şaqird ol, mən müəllim.

Bir də görüm “A”,
Ey gözəl kukla.
Yoxsa səninlə, danışmaram a!
Yoxsa səninlə, danışmaram a!

Atam almış mənim üçün
Rəngli gələm və dəftər.
Kitabımda var budur
Gözəl-gözəl şəkillər.

Ağzını aç sən!
Gözləyirəm mən!
Nə tənbəl qızsan,
Niyə dimmirsən?

Oxumağı, yazmaqı
Öyrənmişəm bacımdan.
Dərsə qedəndə mən beş
Alacağam hər zaman.

Asan bir hərfi
Sən bilmirsən ki!
İncimə kuklam,
Alırsan “İki”!

Bax! Kim dərsini bilməsə,
Alacaq “İki”!