Kofe Al
  • Авторы
  • Блог
  • ЧАВО
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
  • Войти Регистрация
Kofe Al
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce

Делай то, что любишь, получай донаты от своей аудитории!

  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
    • Авторы
    • Блог
    • ЧАВО
Войти Регистрация
Подписывайтесь на нас
Ulduzlu Yol
  • Hiyləgər Hacıleylək nağılı dinlə / cizgi film izlə - Azərbaycan dilində uşaq kanalı @Ulduzluyol
    Ulduzlu Yol
  • 254 Просмотры
  • 07.06.2024
  • 5 мин. чтения

Hiyləgər Hacıleylək nağılı dinlə / cizgi film izlə - Azərbaycan dilində uşaq kanalı @Ulduzluyol

Başlıq: Hiyləgər Hacıleylək nağılı | İndoneziya nağılı | Nağıllar və Hekayələr Azerbaycan dilinde cizgi filmleri / Nagil / Hekaye / Nağıl / Hekayə / Öyrədici / Oyrədici / Usaq kanali / Uşaq kanalı / Hiyleger hacileylek Etiketlər: Azerbaycan sesli nagillar, nagil, guzgu nagili, dovsan ve guzgu, ayna nagili, ayna, nagillar alemi, usaqlar ucun, ushaqlar ucun nagillar, hacileylek, leylek

Başlıq: Hiyləgər Hacıleylək nağılı | İndoneziya nağılı | Nağıllar və Hekayələr

 

Azerbaycan dilinde cizgi filmleri / Nagil / Hekaye / Nağıl / Hekayə / Öyrədici / Oyrədici / Usaq kanali / Uşaq kanalı /  Hiyleger hacileylekEtiketlər: Azerbaycan sesli nagillar, nagil, guzgu nagili, dovsan ve guzgu, ayna nagili, ayna, nagillar alemi, usaqlar ucun, ushaqlar ucun nagillar, hacileylek, leylek

Hiyləgər hacıleylək. İndoneziya nağılı

Hacıleylək bərk ac idi. O, səhərdən özünə yeməyə bir şey axtarırdı, ancaq əlinə heç nə keçməmişdi: bütün günü bir qurbağa balası da tuta bilməmişdi.

Gün batana yaxın, Hacıleylək böyük gölün qırağına gəldi. Bu göl çox qəşəng idi. Yoldan keçənlər bu gölü görəndə bir xeyli vaxt dayanıb onun gözəlliyinə tamaşa edirdilər: gölün suyu göz yaşı kimi dupduru idi, balıqlar da o tərəf-bu tərəfə qaçışırdı. Hacıleylək suya girdi ki, balıqlardan tutub yesin, ancaq balıqlar onu görən kimi, dimdiyinə düşməmək üçün o saat gizləndilər. Hacıleylək çox gözlədi ki, bəlkə balaca bir balıq da olsa tuta bilsin. Ancaq nahaq yerə vaxt itirirdi.

Hacıleylək bir neçə gündən sonra yenə də uçub gölə gəldi. Ancaq bu dəfə o aram-aram sahildə var-gəl etməyə başladı. O, başına vaiz kimi hündür dəyirmi papaq qoymuşdu. Balıqlar heyrətlərindən ağızlarını açaraq Hacıleyləyə maraqla baxırdılar: o, həmişəki Hacıleyləyə oxşamırdı. Balıqlar başa düşmürdülər ki, ona nə olub.

Balıqlardan biri ürəklənib ona yaxın gəldi, ancaq Hacıleylək heç üzünü də ona çevirmədi. O, bir az susandan sonra balıqlara müraciət edərək dedi:

– Övladlarım, siz daha bundan sonra məndən qorxmamalısız! Mən qərara gəlmişəm ki, ruhani kimi yaşayam və heç kəsə zərər verməyəm.

Balıqlar bunu eşidib bir ağızdan dedilər:

– Biz sənə inanırıq, Hacıleylək! Sən gəl bizə ağıl öyrət!

Hacıleylək də onlara cavab verdi:

– Övladlarım, mənə bel bağlaya bilərsiz! Mən heç vaxt sizi darda qoymaram. Mən yer üzündəki bütün canlı məxluqatın əsl dostuyam.

Bir neçə vaxt da gəlib keçdi. Hacıleylək hər gün gölə getməyə öyrəşdi, balıqlar da hər gün onu sevinclə qarşılayırdılar. Bir dəfə o sahilə çox qəmgin gəlib balıqların heç birinə baxmadı, heç birilə də danışmadı.

– Ay vaiz, nə olmuşdur? – deyə kiçik bir balıq soruşdu. – Nə üçün sənin gözlərin belə kədərlidir?

Hacıleylək guya göz yaşından boğula-boğula yavaşdan dedi:

– Ah, övladlarım! Mən ona görə ağlayıram ki, sizə çox yazığım gəlir. Heç bir çarə fikirləşib tapa bilmirəm. Axı insanlar hazırlaşırlar ki, bu gölü qurutsunlar, ölüm sizin hamınızın başınızın üstünü alıb.

Balıqlar acı-acı ağladılar. Balıqlardan biri ona yalvarıb-yaxardı:

– Bəlkə, ağıllı vaiz, sən bir çarə fikirləşib tapdın ki, bizi bu ölümdən xilas etdi?

Hacıleylək arxayınca dedi:

– Övladlarım, mən bilirəm, o dağın dalında bir göl vardır. Siz isə ora gedə bilməzsiniz. Mən də ki, sizin hamınızı birdən apara bilmərəm. İstəyirsiz, mən sizi bugündən başlayaraq hər gün birbir həmin gölə aparım.

Balıqlar sevindilər və bir-birlərinin sözünü kəsə-kəsə Hacıleyləkdən xahiş etməyə başladılar ki, onları o gölə tez aparsın. Hacıleylək də hər gün dimdiyinə bir balıq alıb dağın dalına uçur. Orada da ovunu yeyirdi.

Çox keçmədən göldə qoca Xərçəngdən başqa bircə dənə də balıq qalmadı.

– Oğlum, qulaq as, gör nə deyirəm, – deyə Hacıleylək Xərçəngə dedi, – gəl səni də ora aparım. Axı sənin bütün dostların da oradadır.

– Mən razıyam, ay vaiz, – deyə Xərçəng cavab verdi, – ancaq mənə icazə ver ki, sənin boynundan yapışım, yıxılacağımdan bərk qorxuram.

Hacıleylək havaya qalxdı, Xərçəng də bərk-bərk onun boynundan yapışmışdı. Onlar gəlib Hacıleyləyin balıqları yediyi böyük daşın yanına çatanda Xərçəng qalaq-qalaq balıq sümüyünü gördü.

“Demək mənim də aqibətim belə olmalıdır!” – deyə Xərçəng fikirləşdi, ancaq bircə kəlmə də danışmadı.

Hacıleylək isə dedi:

– Oğlum, indi də boynumdan düş aşağı, əl-ayağını açıb uzat!

Xərçəng də ona belə cavab verdi:

– Sənin günahın çox böyükdür, ay hiyləgər Hacıleylək! Özünü xilaskar kimi qələmə verib, bütün balıqları yemisən. İndi də ölmək növbəti sənə çatır!

Hacıleylək dimdiyini şaqqıldadıb yalvardı:

– Ay Xərçəng, gəl sən məni bağışla! Mənə rəhmin gəlsin! Mən yaşamağı çox istəyirəm!

– İndi ki, belədir, – deyə Xərçəng ona cavab verdi, – onda məni qaytar gölə apar.

Hacıleylək uçub o saat gölə gəldi.

O, sahilə yerə düşəndə, Xərçəng caynaqları ilə onun boğazını boğub dedi:

– İndi ölmək növbəsi sənə çatıb!

Hacıleylək öz hiyləsinə görə bu cür cəzalandı.

Другие посты

🐝"Arıların qəzəbi" nağılı Azərbaycan dilində cizgi filmi

🐝"Arıların qəzəbi" nağılı Azər

  • 251 Просмотры
  • 17.01.2025
  • 4 мин. чтения
Başlıq: Arıların qəzəbi nağılı | O. Hüseynov | Nağıllar və Hekayələr Müəllif: O. Hüseynov Azerbaycan dilinde cizgi filmleri / Nagil / Hekaye / N ...
Все
Больше
Tülkü və Qarışqa nağılı - Azərbaycan dilində cizgi filmi

Tülkü və Qarışqa nağılı - A

  • 214 Просмотры
  • 17.01.2025
  • 4 мин. чтения
Başlıq: Tülkü və Qarışqa nağılı | Qırğız xalq nağılı | Xalq Nağılları Müəllif: Qırğız xalq nağılı Kanaldakı digər çizgi filmləri izlə: • 🎞️ Azə ...
Все
Больше
kofe.al

Мы создали проект для поддержки талантливых и креативных людей как вы. Присоединяйтесь к нам!

Как это работает?
  • Донаты
  • Подписка
  • Магазин
  • QR-коды
  • Отличие
Интеграции
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • О нас
  • Правила
  • Политика конфиденциальности

Copyright © 2025 проект BONPARA. Все права защищены.