Kofe Al
  • Авторы
  • Блог
  • ЧАВО
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
  • Войти Регистрация
Kofe Al
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce

Делай то, что любишь, получай донаты от своей аудитории!

  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
    • Авторы
    • Блог
    • ЧАВО
Войти Регистрация
Подписывайтесь на нас
Hüseyn Qəhrəmanov
  • Altı
    Hüseyn Qəhrəmanov
  • 470 Просмотры
  • 24.09.2024
  • 2 мин. чтения

Altı

İnsanoğlu sevir hər şeyə ad qoymağı...

Altı

İnsanoğlu sevir hər şeyə ad qoymağı. Bəs, görəsən, sivilizasiyada buna, həqiqətən, ehtiyac var? Adsız bir dünya düşünmək mümkündürmü?! Hamı, hər şey adsız olsa, necə olardı? 

Əgər hər şey adsız olsaydı, nitqə ehtiyac olmazdı. Hansısa əşyanı istəsəniz, onu sizə verməsi üçün heç kəsə müraciət edə bilməyəcəksiniz. Ancaq əl-qol hərəkətləri ilə dərdinizi izah edə bilərsiniz. Məsələn, telefon istəyirsiniz, ancaq adı telefon deyil, ümumiyyətlə, adı yoxdur. Gərək əlinizin baş barmağını qulağınıza, çeçelə (ən balaca) barmağımızı isə ağzınıza tutub qalan üç barmağınızı qatlayasınız.

Bəs insanların adları olmasaydı, necə olardı? Yəqin ki, dünya bərbad bir günə qalardı. Oğrular, qatillər, və s. artardı. Çünki onları tutmaq imkansız kimi bir şey olardı. Adları olmadığı üçün heç bir qeydiyyatları olmayacaq. Beləcə, istədikləri vaxt it-bat olacaqlar. 

Ən pisi isə aşiqlər bir-birini tapa bilməyəcəklər. Bu mənə türk yazıçı Hikmet Anıl Öztekinin "Ne için varsan, onun için yaşa" seriyasının üç kitabını xatırlatdı: 

1.Eyvallah

2.Eyvallah

3.Fesleğen

Bu üç kitab iki aşiqin həsrətindən bəhs edir. Bir oğlan təsadüf nəticəsində bir qızla tanış olur. Bir-birlərini bəyənirlər, münasibətə başlayırlar. Ancaq heç vaxt bir-birinin adını öyrənmirlər. Nə nömrə alırlar, nə də ünvan. Günlərin birində fələk onları ayırır. Oğlanın qıza qoyduğu ləqəb "Fesleğen" olur. Oğlanı isə "Seyyah" kimi tanıyırlar. Fələyin oyunundan sonra Seyyah Fesleğeni axtarmaq üçün Məcnun kimi çöllərdə avara olur. İki kitab Seyyahın dilindən, üçüncü kitab isə Fesleğenin dilindən nəql olunur. 

Belə bir həyat xəyal edirikmi özümüzə?! Xeyr. Qənaətimiz belə olur ki, insanoğlunun atdığı ən doğru qərarlardan biri ad təyin etmı qərarı olub. Ona görə bu gün ən nizamlı şəkildə davrana bilirik. Hətta nizam-intizam rahat qurmaq üçün adları ürəyimiz istədiyi kimi dəyişə, ya da ümumiləşdirə bilirik. Məsələn, mənim adım Hüseyndir, ancaq burda mənim bir neçə adım var: Qəhrəmanov, şair, əsgər və altı. 

"Altı düzül" deyiləndə mən qaçmağa başlayıram. Deməli "altı"yam. 

Hələ gələcəkdə məni çox ad gözləyir...

                                                                                                                                  Son.

 

Qəhrəmanov Hüseyn

Əlaqə: 0708663812

İnstagram: qahramanov.huseyn

Другие посты

Döyüldüm

Döyüldüm

  • 199 Просмотры
  • 18.03.2025
  • 8 мин. чтения
Qorxurdum ki, titrədiyimi görsələr, qorxduğumu düşünərlər. Ancaq mən niyə titrədiyimi bilirəm. Orda yaranan ani təhlükə qarşısında bədənim həyatda qal ...
Все
Больше
Ağsaqqal

Ağsaqqal

  • 284 Просмотры
  • 22.02.2025
  • 9 мин. чтения
Nərmin bütün bunları eşidirdi. Birdən dərk etdi ki, onun həyatı əllərindən alınmaq üzrədir. Son şansı bu idi. Cəld qonaq otağına keçib “İstəmirəm!” qı ...
Все
Больше
kofe.al

Мы создали проект для поддержки талантливых и креативных людей как вы. Присоединяйтесь к нам!

Как это работает?
  • Донаты
  • Подписка
  • Магазин
  • QR-коды
  • Отличие
Интеграции
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • О нас
  • Правила
  • Политика конфиденциальности

Copyright © 2025 проект BONPARA. Все права защищены.