Kofe.al-da çoxdan bəri istənilən və gözlənilən yeniliyi tətbiq etdik. Amma gəlin sıra ilə.
İlk növbədə Bloqun xarici görünüşünə əl gəzdirdik və Grid görünüşdən List görünüşə keçirtdik. Daha sonra blqoun mətn hissəsində dizaynı yenilədik və Footer-də 😍 Like emojisi yerləşdirdik ki, bununla da bloqu oxuyanlar, bəyəndiklərini işarələyə bilərlər. Əlavə olaraq Sosial media paylaşım ikonlarını da yenilədik.
Əsas yenilik isə budur ki, Bloq yalnız Kofe alınandan sonra açılacaq və login olunubsa həmin şəxs üçün açıq olacaq. Bu funksiya ilə kofe qarşılığında paylaşmaq istədiyiniz link, Pdf, Video və ya sadəcə bloqu gizlədə bilərsiniz. 
Aktivləşdirmək üçün sadəcə bloq yazdıqda, sağ tərəfdə Post ayarlarından, Yalnız Dəstəkçilər seçib yaddaşa vermək lazımdır.