Ödənişlərin qəbulu və karta köçürmələr dayandırılıb.

Ödəniş partnyorumuzda yaranmış texniki problem səbəbindən Kofe.al-da ödənişlərin qəbulu və karta köçürmələr müvəqqəti olaraq dayandırılıb.


17 baxış
28.07.2026
1 dəq oxuma

Ödəniş partnyorumuzda yaranmış texniki problem səbəbindən Kofe.al-da ödənişlərin qəbulukarta köçürmələr müvəqqəti olaraq dayandırılıb. 

Bu o deməkdir ki, hazırda dəstəkçi izləyiciləriniz tərəfindən Yaradıcılara ödənişlər edilməsi mümkün deyil və eyni zamanda da karta köçürmə də dayandırılıb. Karta köçürmələr 24 saat ərzində həyata keçdiyinə görə, dünən saat 17:00-a qədər olunmuş bütün ödənişlər köçürülüb və ondan sonra xidmət müvəqqəti dondurulub.

Xidmətlərin bərpası ilə bağlı əlavə məlumat təqdim olunacaq. Anlayışınız üçün təşəkkür edirik.