Kofe Al
  • Авторы
  • Блог
  • ЧАВО
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
  • Войти Регистрация
Kofe Al
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce

Делай то, что любишь, получай донаты от своей аудитории!

  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
    • Авторы
    • Блог
    • ЧАВО
Войти Регистрация
Подписывайтесь на нас
Coşqun Kərimov
  • Uzun cümlələr üçün darıxmışam
    Coşqun Kərimov
  • 300 Просмотры
  • 07.11.2024
  • 2 мин. чтения

Uzun cümlələr üçün darıxmışam

Uzun cümlələrlə Səfillərin düşdüyü vəziyyət, Qraf Monte Kristonun intiqamı, Üç Muşketyorun sərgüzəştləri təsvir edilib. Uzun cümlələr sənə İstanbul küçələrini gəzdirib. Onlarla Məsumiyyət Muzeyinin içini tanımısan. Uzun cümlələri sevən insanları uzaqdan tanımaq mümkündür. Adətən onlar səssizliyi sevir. Nə vaxt baxsan bu insanlar danışmır. Elə bilərsən ki, deməyə sözləri yoxdur. Ancaq susurlar.

Uzun cümlələr üçün darıxmışam

Uzun cümlələr və təsvirlər üçün darıxmışam. Elə istəyirəm ki, düşdüyüm vəziyyəti və onun mürəkkəbliliyini izah edim. Daha çox anlamaq üçün yazım. Külək də münasibdir. Gecənin sakitliyini öz çılğın qərarsızlığı ilə pozur. Haranı dağıtsın deyə düşünərkən mən də ona qoşuluram. Xatirələrdən ibarət daxili tikililərimin hansını birinci dağıdım. Hansı pəncərəni birinci sındırım ki, çilik-çilik olsun? Hansı tərəfə gedim? Arada Tsoy musiqisinə qulaq asıb onun dediklərini içimə çəkirəm. Deyir ki, mənə yad olan pəncərədən, yad olan ulduzlara baxıram. Necə də qəribədir. Bəlkə də 10 il öncə bu cümlələri eşitsəm Allah adına pul istəyən siqanlara verdiyim diqqət qədər diqqət verib yanından keçərdim. İndi hər dəfə həmin cümləni eşidən zaman dayanıb qulaq asıram. Allahdan bir izahat istəyirəm. Əgər bizi yad edəcəkdisə niyə bir-birimizi sevməyimizə şərait yaratdı? Nə üçün bu qədər hisslərdən, xatirələrdən ibarət bina ucaltdı? Axı bu bina çox hündürdür və hara getsəm, dünyanın harasında olsam buludlara ucu dəyən konstruksiyanı görməyim məni dəli edir.  Uzun cümlələr üçün darıxmışam. Hövsələsi çatmayan dayaz bir dünya üçün danışan zaman uzun cümlələr vaxt aparan bir cəhd olur. Kiminsə o qədər istəyi və marağı qalmayıb. Tez danışıb tez bitirməliyik. Sənin haqqında necə tez danışıb, tez bitirim?!Hansı qısa cümlə bu işin öhdəsindən gələ bilər?Uzun cümlələr çox fərqlidir. Onlarda ana qayğısı, nəvazişi var. Bu cümlələr sənə qoyulmuş zəhməti və verilmiş diqqəti hiss etdirir. Uzun cümlələrlə Səfillərin düşdüyü vəziyyət, Qraf Monte Kristonun intiqamı, Üç Muşketyorun sərgüzəştləri təsvir edilib. Uzun cümlələr sənə İstanbul küçələrini gəzdirib. Onlarla Məsumiyyət Muzeyinin içini tanımısan. Uzun cümlələri sevən insanları uzaqdan tanımaq mümkündür. Adətən onlar səssizliyi sevir. Nə vaxt baxsan bu insanlar danışmır. Elə bilərsən ki, deməyə sözləri yoxdur. Ancaq susurlar. Onların gözlərinə tamaşa etməyi sevirəm. Sakit insanların gözləri növbəti hekayəsini çap edən müəllif kimi işləyir. Bəbəklərinin içində uzun cümlələrin yazıldığı və silindiyi anı görə bilirəm. (Gecənin Qısa Qeydləri - Bəlkələrdən ibarət eskiz.) Musiqi - Nicolas Brittel (Piano)

Другие посты

Həqiqət və Arzu

Həqiqət və Arzu

  • 7 Просмотры
  • 16.08.2025
  • 8 мин. чтения
Vaxtıyla belə bir roman yazmaq istəyirdim. Bir insanın həyatında olan iki qadın haqqında idi. Bir qadın həqiqi dünyanı digər qadın isə arzu olunan dün ...
Все
Больше
Hərə Bir Şey Deyir

Hərə Bir Şey Deyir

  • 58 Просмотры
  • 14.08.2025
  • 4 мин. чтения
Hamı bu dünyanı başa düşdüyü kimi izah etməyə çalışır. Amma bir məsələ var ki, bu dünya hərkəsin başı üçün deyil. Lazım olan başı olanlar da o qədər m ...
Все
Больше
kofe.al

Мы создали проект для поддержки талантливых и креативных людей как вы. Присоединяйтесь к нам!

Как это работает?
  • Донаты
  • Подписка
  • Магазин
  • QR-коды
  • Отличие
Интеграции
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • О нас
  • Правила
  • Политика конфиденциальности

Copyright © 2025 проект BONPARA. Все права защищены.