Qaranlıq və İşıq Haqqında

Siz qaranlıqla işıq haqqında nə düşünürsüz?


15 baxış
28.09.2026
1 dəq oxuma

Qaranlığa o qədər öyrəşmişəm,

İşıq görəndə karıxır gözlərim.

Cəhənnəmdə o qədər yaşamışam,

Cənnət görəndə darıxır gözlərim. 

Tunelin sonunda işıq deyirlər, 

Komaya düşənlər işıq görürlər,

Bir sözlə işığın payı cüzidir, 

Qaranlıq insanlar üçün ruzidir.

Bütün bunları niyə yazıram mən,

Çün qaranlıq düşüb, gecə çağıdır, 

Ürəyimdə olanlar üzə çıxır,

Dilimdə hər söz, fikir çırağıdır,

Şam gətirin, bəzəsin bu gecəni, 

Ürək bilsin, niyəni və necəni,

Sizin ilə ötürək bu gecəni,

Qoşulsun saysız-hesabsız günlərə,

Çıxarsın bizi işıqlı günlərə…