Kofe Al
  • Авторы
  • Блог
  • ЧАВО
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
  • Войти Регистрация
Kofe Al
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce

Делай то, что любишь, получай донаты от своей аудитории!

  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
    • Авторы
    • Блог
    • ЧАВО
Войти Регистрация
Подписывайтесь на нас
Coşqun Kərimov
  • Qayçılanmış Güllər
    Coşqun Kərimov
  • 13 Просмотры
  • 06.03.2026
  • 7 мин. чтения

Qayçılanmış Güllər

Ən qırmızı olanı, ən ləçəklisi, ən qızılgüləm deyəni seçirdim. Sonra satıcı oğlan bu gülü masaya uzadıb qayçılayırdı. Biraz da deyirdim. Hündürlükdən bir şey qalmayacaq şəkildə, əlimdə gizlədə biləcəyim şəkildə qayçılanırdı bu güllər.

Qayçılanmış Güllər

Əlimdə nəsə daşımaqdan zəhləm gedir. 

Əllərimin boş və rahat olmasını istəyirəm. Uzaqbaşı cibimdə olsunlar. Ya da mən gəzən zaman onlar da ritm tutsun. Dünyaya əlim boş gəlmişəm. Dünyadan əlimdə heçnə olmadan gedəcəyəm. İndi bu şey-şüyü niyə daşıyım? Şey-şüy dediyim də hər cür torba, paket və bər-bəzəkli şeylərdir. Bu şeylər məni radara salır. Diqqət mərkəzindəyəm deyə təşviş keçirirəm. Halbuki, dünyanın heç vecinə belə deyiləm. Sadəcə özümü buna inandırmışam. Bəlkə də fikirlərim də çox vaxt mənə yük olur deyə onları ekrana və ya kağıza boşaldıram ki, onları özümlə daşımağa davam etməyim.Qlobus plazadan çıxdıq. Toğrulun üzü gülürdü. Sevdiyi insandan yaxşı şeylər eşitmişdi. Gələcək həyatını planlaşdıran zaman tərəddüdlər mərhələsinə gəlmişdi. Buna acılı-şirinli tərəddüd dövrü deyirəm. Bilir ki, başına min-bir müsibət gələcək amma yenə də altından imza atıb bu müsibətləri könüllü şəkildə yaşamaq istəyir. Bilir ki, küsüb-barışacaqlar. Bilir ki, fikirləri tərs düşəcək və məsafə qoyacaqlar. Bilir ki, barışıb yenə də yaxınlaşacaqlar. Anladığım qədəri ilə bunların hamısını məhz həmin adamla yaşamaq istəyirdi. Mənə isə onu qəlbən təbrik etmək düşürdü. Axşam görüşləri olacaqdı. Üz ifadəsindən hiss olunurdu ki, görüş artıq başlamadan başlayıb. Onu plazanın qabağında tək qoydum. İşıqforu keçib Qış Parkına tərəf yol getməyə başladım. Aşağıya enən bu yol mənim xoşuma gəlir. Bakı küləyi aman versə keçmişin ətriylə qoxan dalanlardan keçib hər bir xatirəni yad edə bilirsən. Xatirələrin içinə calaq edilmiş yeni şeyləri də görmək nəsib olur. Yeni binalar, yeni obyektlər, yeni insanlar və yeni yazılar. Bugün bu yol çox qəribə idi. Qarşımdan keçən bütün qadınların əli doluydu. Uzun salafanlara bükülmüş və ya uzun incə şəffaf qutulara qoyulmuş qızılgülləri daşıyırdılar. Bəzi qızılgüllər çantalardan boylanırdı. Qadınların üz ifadələri Toğrulun üz ifadəsinə qohumluq edirdi. Bir-iki qadın isə şərikli çörək filmində olan uşaqların çörək dilimi götürə bilməmiş versiyasına bənzəyirdi. Onların çantası, əlləri və üz ifadələri boş idi. Onlar ac idi. Sevgi və diqqət üçün. Göstəriş üçün. Bilmirəm nə üçün amma hiss olunurdu ki, güllü olanların yanında gülsüz olmaq onlara yaxşı təsir etməmişdi. Hətta güldən zəhləsi gedəni olsa belə onu əlində daşıyıb daha sonra deyinmək istəyərdi. Gəzib-gəzib marketləri, mall-ları gördüm. İlahi, biz artıq ac ola bilmirik. İstəsək də istəməsək də doluyuq. Süni şəkildə və sistemli şəkildə doldururuq daxilimizi. Ac qalmaqdan, boş qalmaqdan çəkinirik. Amma əslində bu halımız üçün darıxırıq. Və ya bu halımıza ehtiyac duyduğumuzu hiss edirik. Üstümüzə gələn bu qədər məhsul, reklam, sloqan, paket bizi əzməyə başlayıb. Sadəcə xəbərimiz yoxdur. Qış Parkına çatdım. Əlində gül gəzdirən qadınların ordu sıraları dolmağa davam edirdi. Yadıma qayçılatdırdığım qızılgüllər düşdü. Bayram vaxtları gələndə əsəb keçirirdim. Əlimdə nəsə tutmaq lazım gələcəkdi. Münəvvər mənim üçün qiymətli idi və bunu sadəcə demək bəs etmirdi. Dünyanın izah edilməyəcək qanunlarına əsasən onun hüzuruna gül aparmalı idim. Gül dükkanına daxil olan zaman içi qızılgül dolu iri vedrəyə baxıb birini və ya üçünü seçirdim. Cüt sayda almaq olmazdı. Bunun da səbəbi ölüm ilə əlaqəli idi. Ən qırmızı olanı, ən ləçəklisi, ən qızılgüləm deyəni seçirdim. Sonra satıcı oğlan bu gülü masaya uzadıb qayçılayırdı. Biraz da deyirdim. Hündürlükdən bir şey qalmayacaq şəkildə, əlimdə gizlədə biləcəyim şəkildə qayçılanırdı bu güllər. Onları aşağıya əyib biləyimin içində gizlədib möhtərəm tərəf müqabilimin yanına gedirdim. Yolda mənə elə gəlirdi ki, polis və ya gömrük müfəttişi tərəfindən saxlanacağam və bu nədir deyə soruşacaqlar. “Qayçılanmış güllərdir” desəm mənə baxıb güləcəkdilər. Beynimin fantaziya imkanları buna icazə verirdi. Və ya düşünürdüm ki, lağ edəcəklər. Hələ qocalmadan qocalmışdım. Parkda nərd oynayan dədələrdən daha dədə idim.Münəvvərə gülləri verəndə çox rahatlayırdım. Boşalmış əllərimə qovuşurdum. Maraqlıdır ki, bircə onun əllərini tutanda buraxmaq istəmirdim. Hətta illər sonra belə küçədə gəzəndə, yol gedəndə, harasa çıxanda əllərini tuturam. Mənə ağır gəlmir. Yük kimi görmürəm. Əksinə düşünürəm ki, bu əlləri tutan zaman vacib bir şey edirəm. Əsas məsələni demədim. Bir gün mənə “nərgiz gülünü daha çox sevirəm” dedi. Nərgizin ətri ona daha yaxşı təsir edirdi. Uşaqlıq illərinin ətrini bu güldən ala bilirdi. Nərgiz gülü qızılgül kimi qırmızı olmağa məcbur deyildi. Forması daha sadə idi. Buna baxmayaraq onu da əllərə götürürdülər. Onu da çantaya qoyurdular. Onun da sezonu olurdu. Onları nə zamansa qayçılatdırmaq ehtiyacı duymamışam. Tikanları olmur. Bir sözlə fərqlidirlər. Uzun gəzintilərdən sonra uzun yazmaq istəyim yaranır. Əslində qısaca olaraq “qadınlar istəsə” başlığı ilə bir şeylər yazmaq istəyirdim. Qadınlar istəsə evin içində hüzur olar, çölə ürəklə çıxarsan, dünyanı fəth edərsən. Qadınlar istəsə əllərin torbalarla, paketlərlə dolar. Qadınlar səni bunların heç biri olmadan istəyəndə isə özünü dünyanın ən hündür zirvəsində hesab edərsən. Həmin zirvəyə qaldıran qadın o zirvədən bircə kəliməsiylə endirər səni. Bir sözlə kişinin bütün həyatı qadının dilinin ucunda olmaqdan ibarətdir. Yerimiz çox təhlükəlidir amma həmin yerdə olmayan kişi Marsda tənha yaşayan məhkum kimidir. Ucsuz-bucaqsız kraterləri gəzmək nə fayda verir? (Əgər onları gəzəndən sonra evə onun yanına qayıtmayacaqsansa? Əgər onunla birgə gəzməyəcəksənsə? Əgər Marsda belə səni əsəbləşdirməyəcəksə? Xanımlar! Həyatı sizinlə bu həyatı paylaşmaq mürəkkəbdir. Eyni zamanda bu mürəkkəb olan mexanizm kişini unikal vəziyyətinə rəndələmiş olur. Bu rəndələnmiş halımla Qış Parkına və yazımın sonuna çatdım. Sizi ürəkdən təbrik edirəm! Əlinizdə tutduğunuz, güldana qoyduğunuz, baxıb gözlərinizlə əzizlədiyiniz güllərlə baş-başa qoyuram!

Другие посты

Kokoro Fəlsəfəsi nədir?

Kokoro Fəlsəfəsi nədir?

  • 80 Просмотры
  • 16.02.2026
  • 1 мин. чтения
Döyüşdə kokoro olmasa texnikanın bir mənası qalmır. Münasibətlərdə kokoro olmasa sevginin mənası qalmır. Yazılarda kokoro olmasa cümlələrin mənası ...
Все
Больше
Dream About A Behemoth

Dream About A Behemoth

  • 112 Просмотры
  • 24.01.2026
  • 8 мин. чтения
Just like in “Into the Wild” story, I find myself in the midst of Alaska inside the forgotten bus and a never-ending flow of thoughts. That young man ...
Все
Больше
kofe.al

Мы создали проект для поддержки талантливых и креативных людей как вы. Присоединяйтесь к нам!

Как это работает?
  • Донаты
  • Подписка
  • Магазин
  • QR-коды
  • Отличие
Интеграции
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • О нас
  • Правила
  • Политика конфиденциальности

Copyright © 2026 проект BONPARA. Все права защищены.