Kofe Al
  • Авторы
  • Блог
  • ЧАВО
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
  • Войти Регистрация
Kofe Al
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce

Делай то, что любишь, получай донаты от своей аудитории!

  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
    • Авторы
    • Блог
    • ЧАВО
Войти Регистрация
Подписывайтесь на нас
Coşqun Kərimov
  • Münasibətlər və Cütlər Haqqında 20 Fikir
    Coşqun Kərimov
  • 364 Просмотры
  • 29.01.2025
  • 10 мин. чтения

Münasibətlər və Cütlər Haqqında 20 Fikir

Reallıq odur ki, hər bir insan özünü dəyərli və faydalı hesab etmək istəyir. Hamı hörmət, qayğı və sevgi aclığı ilə yaşayır. Kamilla xanımın dediyi kimi əvvəllər hörmət və sevgi üçün məsafələr qət etmək, dünyaları ram etmək lazım idisə, indi bunu etmək üçün mətbəxə və ya qonaq otağına keçmək kifayətdir.

Münasibətlər və Cütlər Haqqında 20 Fikir

Cütlər Haqqında 20 Fikir

  1. Kamilla Paqliya deyirdi ki, əvvəllər kişi və qadınlar məsafədə yaşayıb. Müharibələr və səfərlər onları aylarla, illərlə ayırıb. İndi isə hər ikisi də bir damın altında uzun müddət birgə vaxt keçirməli olur. Bu məsələ onların münasibətinə yeni dinamika gətirib. Kamilla ikinci nəsil feministdir. 3-cü nəsli bəyənmir və deyir ki, yeni nəsil kişiləri düşmən kimi görür və bununla da düzəltmək və qurmaq əvəzinə olanı da dağıdır. 
  2. Cütlər fərqli olur. Bu cüt növləri 1 deyil, 100 deyil. Onlar haqqında uzun-uzadı yazmaq olar. Müşahidə etdiyim ən klassik cütlər haqqında yazmaq və düşünmək istərdim. Onlardan birini romana çevirmək üçün səsli düşünürəm və siz bu cütlərin hansı barəsində oxumaq istəsəniz yaza bilərsiniz. 
  3. İt-pişik cütləri 

Bu iki nəfərin hansı ağılla bir yerə gəldiyini anlamaqda çətinlik çəkə bilərsən. Gün başlayan kimi bir-birinə itin sözünü deyirlər. Dava-dalaş bitmək bilmir. Fasilə etməyi bacarmırlar. Qonşular və dostlar öyrəşib. Hətta maraqla gözləyirlər ki, bu iki nəfərin hansı balkondan daha tez uçacaq. Bir insan digər insanı nə üçün bu qədər acılasın ki? Onlardan soruşsan sənə bir dastan səbəb gətirəcəklər.  

  1. Solisti olan cütlər

Bu münasibəti bir nəfər daşıyır. Ona elə gəlir ki, bütün münasibət məhz onun diktə etdiyi şəkildə inkişaf etməlidir. Digər personaj kölgədə qalmalıdır. Qalmağı tərcih edir. Hər şeyi bir nəfər edir. Hər şey bir nəfər üçün edilir. Digər nəfər getdikcə passivləşir və susur. Onun susqunluğu haqqında bədii əsər yazmaq olar. Digəri onu danışdırmağa çalışdıqca bu susan daha da qıcıqlanır və daha çox susmağa başlayır. Yaxşı ki, qonşuda it-pişik cütləri var heç olmasa onların səsi evin divarlarına exoloji dəyər qatır. Solist olan tərəf öz seçimini çox sorğulayır. Qınaq dolu baxışlar çox olur. Susan tərəf isə vaxtını gözləyən vulkan kimidir. 

  1. İnstaqram cütləri 

Bu iki nəfərin həyatını hərkəs izləyir və hamıya elə gəlir ki, artıq bu iki nəfərlə bağlı bircə seks videosunu görməyiblər. Onu da çəksələr rahatlıq tapardılar. Çiçəklər, maşınlar, otellər, səyahət və daha nələr. Bu qədər çıl-çıraq nə üçün göz qamaşdırır. Biz hansı qaranlıq məqamı görməməliyik. Şizofrenik halların bəzədilmiş halıyla yaşayırlar. Onlara elə gəlir ki, bu bər-bəzəyin gətirdiyi ani dopamin ömürlük qalacaq. Amma 10-ca saniyə çəkir. Bir video və ya şəkil bitməmiş növbətisini düşünməyə və ya planlaşdırmağa başlayırlar. Bu cür cütlük münasibətdən başqa hər şeyi yaşayır. 

  1. Yumşaq cütlük

Bu iki nəfərin işlərinə hamı qarışır. Hamı daha yaxşı olanı bildiyi üçün onlara istiqamət verir. Hər məsləhətə HƏ demək məcburiyyəti varmış kimi yaşayırlar. Bu iki nəfər elə hey ona və buna əsasən davranır. Sanki musiqi aləti kimi onun bunun əlində fərqli melodiyalar səsləndirirlər. Yumşaq xasiyyət bu münasibətin axırına çıxır çünki sükanı saxlayanların da öz həyat və istəkləri var və adətən bu maraqlar kəsişmir. Hamını xoşbəxt etməyə çalışan iki nəfər elə daim hamıdan tənqid yeyir. 

  1. Göz dəyməsin Cütlüyü

Bu adamlar çox yaxşı məxfi agent olardı. Evin içində baş verənləri heç kim bilmir. Kimin nəyinə lazımdır? Pul və rifah var. Sakit və barış içində yaşayırlar. Şəkillər paylaşılmır. Göz dəyməsin deyə heçnəyi afişaya çevirmirlər. Bir ömür belə də yaşanır. 

  1. Nakam cütlük 

Vaxtıyla bir-birini sevib, istəyib amma sonda aralı qalmış iki nəfərdir. Bu adamlar hələ də həmin ümidlə yaşayır amma artıq gecdir. Vəziyyət və şərtlər dəyişib. Onlar bir yerdə olan kimi alovlanma gedir və sağollaşmadan əvvəl külə dönürlər. Ona görə də adətən başqalarına qarşı acıdil ola bilərlər. Sonda bu adamlar başqa nəfərlərlə ailə həyatı qurur amma otaqda 2 nəfər əvəzinə 3 nəfər olur. Yeni gəlmiş nəfər qiyaslanır və qiyaslandığını özü də izah edə bilməyəcəyi şəkildə hiss edir.  

  1. Aludəçi Cütlük

Nəfərlərdən biri içir, çəkir və ya qumardadır. Bu iki nəfərin həyatı divara sürətlə dəyəcək maşının həyatına bənzəyir. Sürət və güc divarla toqquşan zaman vaxtıyla gözəl və səliqəli olmuş maşından əsər əlamət qalmır. Dadanmış tərəf artıq yoldaşını resurs kimi görür. Batan insan üçün yaxını sadəcə xilasedici jiletdir. Xilasedici jilet kimi yaşayan insan üçün isə bir arzu var. Bu adam batsın və bu iş bitsin. Bu cütlüklərin həyatı ağırdır. Bəziləri elə gözəl illər yaşayıb ki, indiki anlar onlara surreal gəlir.

  1.  O.Henri Cütlüyü

Bu cütlük münasibəti iki nəfərin qarşılıqlı işi kimi görür. Bir-birini düşünüb, bir-biri üçün yaşayırlar. Onların biri saç üçün daraq alırsa, digəri də saat üçün sep alır. Onlardan çox az qalıb amma arada şəhərdə və ya uzaqlarda yan-yana oturmuş 70-80 yaşlı cütləri görürsən və onların bir-birinə tutunmaq şəklinə baxırsan, yadına O.Henri və onun hekayəsi düşür.  

  1.  Sponsor cütlüyü

Burada tərəflərdən biri digərinə sponsorluq edir. Bu ikinci tərəf adam olmağa və el arasına çıxmağa başlayır amma sponsorluq havayı proses deyil. Tələblər var onları yerinə yetirmək lazımdır. Belə olan halda el arasına çıxanı keçmişi daim izləyir. Ona həmişə və hər yerdə kim olduğunu səsli və ya səssiz şəkildə xatırladırlar. 

  1.  Tənha və axtaran cütlük

Bu iki nəfər münasibət qurmağa tələsmir və axtarmaq işindən də bezib. Onlar yaşlandıqca həyatın çox fərqli olduğunu anlayırlar. Hərkəsə etibar etmək mümkün deyil və fərdi azadlıq çox şirindir. Daha öncə yaşanmış təcrübələr acı olub. Amma ikisinin də xəbəri yoxdur ki, onlar da Elizabet Gilbert və Xavyer kimi bir-birinə qovuşacaqlar. 

  1.  Problemlər və cütlər

Qotman institutu müəyyən etmişdir ki, 90% hallarda münasibətdə olan problemləri məhz qadınlar dilə gətirir. Eyni zamanda bu problemlərin 60-65%-i münasibət boyunca dəyişməyəcəkdir. (Həllini tapmayacaqdır.)

  1.  Pul və münasibətlər

Yaponlar deyirdi ki, pul evi tərk edirsə, sevgi də biraz oturub daha sonra pulun arxasınca gedir. Müasir dövr deyir ki, romantika daha bəs etmir. Söhbət kiçik jestlərdən gedir. Böyük və instaqramlıq jestlər lazımdır. 

  1.  Ubuntu kitabımı yazanda özümün vəziyyətini daha yaxından anlamaq şansım olmuşdu. İnsan bir çox şeyi edərkən bunun fərqinə varmaya bilər. Özümüzü dərk edib münasibətlərimizi daha da gözəl edə bilərik. Unutmayaq ki, belə işlərin məktəbi olmur. Hər şeyi yolda öyrənirsən. 
  2.  Əvvəlki ağlım olsa deyərdim ki, 30 yaşdan tez ailə qurmayın. Bunu etmək o qədər mənasız və təhlükəlidir ki, bunu dərk edən zaman hər şey gec olur. 
  3.  Əvvəlki ağlım olsaydı yenə də Münəvvəri tapar və onunla ailə həyatı qurardım. Bir-birimizi 20 ildir ki, tanıyırıq və hələ indi daha dərin söhbətlərimiz olur. Bəzi görüşlər təsadüfi deyil. Hər ikimizin də travmaları o qədər oxşardır ki, indi bir-birimizə daha da yaxın olmuşuq. Məsələ də budur. İnsanlar mükəmməl deyil. Eyni zamanda onların münasibəti güclüdürsə bu çox şeyi dəyişə bilər. 
  4.  Uşaqlar hər şeyi onların həyatında mövcud olan və olmayan valideynlərdən öyrənir. Qarşı tərəfə münasibəti valideynlərimizdən öyrənirik. Sadə və klişe cümlə olsa da neçə ailənin evini məhz bu vəziyyət yıxıb. Atası sarıdan məyus olan qızların münasibətləri toksik olur. Anası sarıdan məyus olan oğlanların münasibətləri toksik olur. Gedişatı dəyişmək çox az cütdə alınır. Adətən özlərini yormaq və riskə getmək istəmirlər. Risk odur ki, illərlə əlləşə bilərsən və alınmaya bilər. Salamatı yenidən başlayıb eyni problemi yaşamaqdır. 3-4 münasibətdən sonra çatır ki, problem başqalarında deyil özündədir. 
  5.  Chapman adlı adamın Sevginin 5 Dili əsəri var. Bu əsər bizə münasibət mexanizmləri barəsində gözəl istiqamət verir. 
  6.  Romanlarda olan cütlərlə böyüyüb real insanlardan eyni performansı gözləməyin. Seriallarda olan türk oğlanları real deyil. Onlar aktyordur. Ailə başçısını oynayan aktyor səhnənin haqqını verə bilər amma reallıqda 3 dəfə boşanmış ola bilər. Bizim gözləntilərimiz münasibətin axırına çıxır. Münasibətlər isə bizdən reallıq tələb edir. 

Reallıq odur ki, hər bir insan özünü dəyərli və faydalı hesab etmək istəyir. Hamı hörmət, qayğı və sevgi aclığı ilə yaşayır. 

Kamilla xanımın dediyi kimi əvvəllər hörmət və sevgi üçün məsafələr qət etmək, dünyaları ram etmək lazım idisə, indi bunu etmək üçün mətbəxə və ya qonaq otağına keçmək kifayətdir. 

Bir çay, bir görüş, bir söhbət, birgə yaşanmış təcrübələr bir çoxumuzu ruhən məmnun edəcək qədər güclüdür. 

Другие посты

Two Pieces of Magnet

Two Pieces of Magnet

  • 8 Просмотры
  • 05.06.2025
  • 4 мин. чтения
Tolstoy says that one needs to leave or arrive at a city in order to create a compelling story. But I notice that one girl and one boy is all it takes ...
Все
Больше
Qırmızı kitaba düşən cütlük və bahalı restoranın cırıldayan qapısı

Qırmızı kitaba düşən cütlük və

  • 27 Просмотры
  • 29.05.2025
  • 6 мин. чтения
Ona baxıb düşünürdüm ki, mən bu qadının 19, 29 və 39 yaşını görə bilmişəm. Həyatımda 3 fərqli qadın kimi peyda olub. Birinci gün gördüyüm insan dəyişi ...
Все
Больше
kofe.al

Мы создали проект для поддержки талантливых и креативных людей как вы. Присоединяйтесь к нам!

Как это работает?
  • Донаты
  • Подписка
  • Магазин
  • QR-коды
  • Отличие
Интеграции
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • О нас
  • Правила
  • Политика конфиденциальности

Copyright © 2025 проект BONPARA. Все права защищены.