Kofe Al
  • Авторы
  • Блог
  • ЧАВО
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
  • Войти Регистрация
Kofe Al
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce

Делай то, что любишь, получай донаты от своей аудитории!

  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
    • Авторы
    • Блог
    • ЧАВО
Войти Регистрация
Подписывайтесь на нас
Coşqun Kərimov
  • Cavidin Qeydləri (Roman)
    Coşqun Kərimov
  • 54 Просмотры
  • 20.04.2026
  • 2 мин. чтения

Cavidin Qeydləri (Roman)

Bu roman məni illərlə təqib edir. Arada yanıma oturub "yaz" deyə pıçıldayır. Arada isə səssiz-soraqsız qeybə çəkilib izini təmizləyir. Belə baxırsan ki, Ayan var, Cavid var, onların ilk görüşü də hazırdır. Amma oturub bu hekayəni bitirmək üçün yerli müəllif olmaq kimi cansıxan bir maneəni aşmalısan. Bəlkə də nə zamansa 1000 dəstəkçim olsa və hərəsi 1 kofe alsa bu mövzuya qayıdaram. Hələlik sizi Cavidin qeydləri ilə baş-başa qoyuram.

Cavidin Qeydləri (Roman)

Əgər bir mahnı xoşuma gəlirsə onun zayı çıxana kimi təkrar-təkrar qulaq asıram. Film səhnələri də elədir. Onlara onlarla dəfə qayıdıb diş pastası kimi sıxmağı çox sevirəm. Yazanda və ya oxuyanda belə bir hal yaşadığımı xatırlamıram. Bir dəfə Ayanı təsvir edən zaman 3-cü səhifədə dayandım. Bütün yazdıqlarımı sildim. Yenidən onu təsvir etməyə başladım. Sonra yenə 3-cü səhifəyə çatdım. Yenə silməyə başladım. Onu ilk dəfə olduğu kimi təsvir etdim. Kitabı oxuyub bitirib onu qucaqlayırdı və evinin eyvanına çıxırdı. Şəhərdə olan insanlara tamaşa edirdi. Hələ onun xəbəri yox idi ki, illər sonra bütün şəhər onu axtaracaq. Hamı onun təsvirlərinə dəfələrlə qayıdacaq. Yazan zaman açıq şəkildə kor olduğumu gördüm. Mən ona baxıb onu görməmişəmmiş. Ya da mən bir görməmişəm və baxmaqdan doya bilməmişəm. Onu hansı arada bir mahnıya və ya film səhnəsinə çevirmişəm? Hansı arada onu diş pastası kimi sıxmağa çalışıb daxilimdən çıxarmağa çalışmışam?İnsan nə üçün gec ayılır? Ya mən beləyəm və digərlərində bu ürək məsələləri saat əqrəbi kimi işləyir. Mənim əqrəblərim nə üçün sonradan tıqqıldamağa başlayır? Onu bir daha görməsəm belə mənə bir ömürlük bəsdir deyəcək qədər axmaq deyiləm. Gizlin şəkildə onu bir daha görmək üçün gün sayıram. Bir insanı təsvir etməsən də olar. Əsas odur ki, onu görə biləsən. Ona baxa biləsən. Onun yanında ola biləsən. Onun gözlərinin içində qala biləsən. Amma Tanrının planları başqadır. Nə o insan qalır, nə də sən. Hətta sizin barənizdə oxuyanları da silib-süpürür zaman. Zamanla bunu qəbullanmağı öyrənirsən. Amma aradabir həmin 3 səhifəlik yolu getməyindən də qalmırsan. İnsan nə üçün başqa insan olmadan yaşaya bilmir? Tək yaşaya bilənlərə həsədlə baxırdım. Sonra anladım ki, başqa çarələri yoxdur. Elə mənim də imkanım olsa həmin eyvanda dayanıb onunla birgə keçib-gedənlərə baxardım. Divanda tərk edilmiş kitabı qaldırıb onun rəfinə qoyardım. Rəfdə olan kitablarının içində adım, soyadım yazılmış kitabları da görərdim. Bilirəm siz imkanımın olmadığı hissədə ilişib qalmısız. Bu hekayə uzundur. İmkanım olsa onu sizə nəql edəcəm. Elə hekayələr var ki, onları təkrar-təkrar yaşamaq lazımdır. Elə hekayələr də olur ki, onları yaşamaq nəsib olmur. Nəticədə Dhanush kimi “Why this Kolaveri?” deməli olursan. Cavidin qeydləri, (Ayan romanından hissə)

Другие посты

Guilt of Reading

Guilt of Reading

  • 42 Просмотры
  • 24.04.2026
  • 2 мин. чтения
I prefer the other type of guilt. Guilt of enjoying the book too much. Almost to a point where you know that author will not deliver for this long. Or ...
Все
Больше
Səyahət sevgisini yaradan kitablar

Səyahət sevgisini yaradan kita

  • 63 Просмотры
  • 20.04.2026
  • 4 мин. чтения
Londonun hekayələri səni Alyaska kimi soyuq yerlərə, eyni zamanda, San-Fransisko kimi ümid verən diyarlara aparır. Kitablarını vərəqləyən zaman üşüyür ...
Все
Больше
kofe.al

Мы создали проект для поддержки талантливых и креативных людей как вы. Присоединяйтесь к нам!

Как это работает?
  • Донаты
  • Подписка
  • Магазин
  • QR-коды
  • Отличие
Интеграции
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • О нас
  • Правила
  • Политика конфиденциальности

Copyright © 2026 проект BONPARA. Все права защищены.