Rəqabət qışqırmaqla deyil, ağılla və yumorla qazanılır.

“We wish you a scary Halloween!”


171 baxış
24.10.2025
1 dəq oxuma

Pepsi bu reklamla brend tarixinin ən ağıllı, eyni zamanda cəsarətli kampaniyalarından birinə imza atdı.
Sadəcə bir şəkil, amma milyonlarla insana ötürülən çox qatlı bir mesaj.

📍 Məna nədir?
Rəqibini birbaşa hədəf almaq risklidir. Amma Pepsi bunu yumor və simvolika ilə etdi.
Reklamda Pepsi konservi Coca-Cola “paltarı” geyinib, altına isə “Qorxulu hollewen Bayramı arzulayırıq” yazılıb.
 

“Hollewendə qorxmaq istəyirsənsə, Coca-Cola kimi geyin.”

Yəni Pepsi, Coca-Cola-nı “qorxulu obraz” kimi təqdim edir və özünü cəsur, gənc və enerjili brend kimi göstərir.

💡 Niyə uğurlu oldu?

Brendin xarakterinə (cəsarət və gənclik) tam uyğun idi.

İronik idi, amma aqressiv deyildi.

Sosial mediada asanlıqla viral oldu.

Bu reklam brend rəqabətində bir dərsdir:

Rəqibini “məhv etməyə” çalışmaq yox, onu yaradıcılıqla “oyuna salmaq” daha çox diqqət çəkir.


Rəqabət qışqırmaqla deyil, ağılla və yumorla qazanılır.