- Yatmazdan əvvəl şüuraltınıza problemlərin həllini tapşırın. Əvvəl-axır sevindirici nəticəni görəcəksiniz. Həll yolu bir gecədə gəlməyə bilər. Problemin həllini çətin və ya uzunmüddətli hesab edənlər bununla şüuraltının cavabını ləngidirlər. Şüuraltının bütün suallara cavabı var.
- Düşüncə tərzinizi dəyişsəniz, taleyinizi də dəyişmiş olacaqsınız!
- Yaxşını düşünün və o, gerçəkləşəcək! Pislik haqda düşünsəniz, pislik gələcək.
- Təlaş, qorxu və narahatlıq üzündən ürəyinizin, ciyərlərinizin və digər orqanların normal ritmini poza bilərsiniz. Öz şüuraltınızı harmonik, sağlam və sakitliyə yönəlmiş fikirlərlə doldurun və bədəninizin bütün funksiyaları tezliklə yenidən bərpa olunacaq!
- Dəqiq formalaşdırılmış məqsədlə müraciət olunduqda şüuraltı arzunun yerinə yetirilməsinin qeydinə qalır. Şüuraltınız ideyanı qəbul edən kimi dərhal onun reallaşdırılmasına başlayır. Şüuraltınız sizin ona təlqin etdiyiniz hər bir şeyi böyüdür və çoxaldır.
- Özünüz üçün məqsədinizin dəqiq şəklini çəkən kimi şüuraltınızın möcüzəvi gücü onun gerçəkləşməsi üçün lazımi ilkin şəraiti yaradacaq. Məqsədyönlü və inadla tətbiq olunmuş təsəvvür şüuraltının möcüzəvi gücünü oyadacaq.
- Unutmayın: Şükür içində olan bir qəlb üçün kainat nemətləri səxavətlə açılır.
- Uzunmüddətli pul çatışmazlığı sizin həyatınızda nəyinsə ciddi şəkildə pozulmasının simptomudur.
- Bir çox insanın pulunu ayın axırına güclə çatdırmasına və kifayət qədər pula sahib olmamağına səbəb odur ki, onlar pulu lənətləyir. Lənətlədiyiniz bir şeyi isə özünüzdən uzaqlaşdırmış olursunuz.
- Hər bir problemin həlli özündə gizlidir. Hər sualın cavabı elə özündədir. Sonsuz hikmət ona dərin inamla müraciət edənlərə kömək edir.
- Uğura nail olmağın yolundakı yeganə əngəl sizin neqativ fikir və təsəvvürünüzdür.
- Sizin şüuraltınız bütün problemlərin həll yollarını bilir. Əgər siz yuxuya getməzdən əvvəl ona təlqin etsəniz ki, "Mən saat 6-da oyanmaq istəyirəm", o, sizi vaxtında oyadacaq. Yatmazdan əvvəl şüuraltınıza konkret əmr verin və siz onun möcüzəvi gücünə əmin olacaqsınız.
- Hər zaman yadda saxlayın: siz nə axtarırsınızsa, o da sizə tərəf gəlir.
- Heç vaxt deməyin: "Mən bunu özümə rəva görə bilərəm. Mən bunu bacarmaram". Şüuraltınız bu sözdən tutub sizə lazım olan vəsait və qabiliyyətin çatmamağının qeydinə qalacaq. Bunun əvəzinə öz gücünüzə tam əminliklə deyin: "Şüuraltımın gücü mənə bütün qapıları açacaq".
- Hər bir sözünüzü diqqətlə düşünün, çünki düşünmədən atdığınız hər bir addım sizdən qisas alacaq. Heç vaxt deməyin: "Bunun axırı pis qurtaracaq", "Mən ev pulunu verə bilməyəcəyəm!" Şüuraltınız onunla zarafat etməyə imkan verməyəcək. O sizin hər bir düşüncənizi reallaşdıracaq.
- Nifrət və paxıllıq dolu hər bir fikir sizin qəlbiniz üçün zəhərdir. Başqalarına qarşı nə düşünür və hiss edirsinizsə, eynisi sizin həyatınızda gerçəkləşəcək. Yaxınlarınızın sizin haqqınızda nə düşünməsini istəyirsinizsə, siz də onlar haqqında eynisini düşünməlisiniz.
- Yaxınlarınızın söz və əməlləri yalnız siz onlara məna verdikdən sonra incidə bilər.
- Kim özünü fikir və hissinin sahibi hesab edirsə, onu başqası incidə bilməz. Sizin hissiniz fikrinizə uyğundur.
- Xəstəliklərin bir çoxu qibtə, nifrət, pis niyyət, qisasçılığa meyil və antipatiyadan irəli gəlir. Daha güzəştli olun. Sizə əziyyət verən insanlara xoş niyyətlə yanaşaraq, onları sevgi və sevinc hissi ilə düşünərək başqalarını və özünüzü bağışlayın. Yaşadığınız ədalətsizliyi xatırlayan kimi bu insanlara əmin-amanlıq arzulayın. Sizin kədər hissiniz tez sönəcək.
- Əgər kimsə sizi əsassız tənqid edirsə, sizin özünüzü təkmilləşdirməyinizi asanlaşdırdığına görə dəyərli fikirləri üçün ona minnətdarlıq edin.
- Öz fikir və hisslərinin sahibi olduğunu düşünən birini əsassız tənqid incidə bilməz. Ən yaxşısı, sizi tənqid edən adama hər şeyin yaxşısını arzulamaqdır. Bu, sizin xeyrinizə olacaq.