
🤔 Yorğunluğun gizli səbəbləri:
1️⃣ Düşüncə yorğunluğu
Mütəmadi nələrisə düşünmək, qərarlar verməyə çalışmaq, narahatlıq – beyini daim aktiv saxlayır və nəticədə zehni yorğunluq yaranır.
2️⃣ Emosional yüklənmə
Stress, qorxu, özünü günahlandırma, narazılıq kimi emosiyalar səni içdən-içə yorur, xəbərin belə olmur.
3️⃣ Açıq qalmış “zehni fayllar”
Bitməmiş yaxud təxirə salınmış işlər, cavabsız mesajlar, gələcək planlarla bağlı qeyri-müəyyənliklər beynini daim məşğul saxlayır və yorur, telefonun arxa fonunda açıq qalmış proqramlar kimi enerjini tükədir.
4️⃣ Səssiz tənbəllik və günahkarlıq
Bəzən heç nə etmədiyimiz üçün özümüzü pis hiss edirik. Bu daxili təzyiq isə sakit şəkildə enerjini sorur.
5️⃣ Hərəkətsizlik
Fiziki olaraq hərəkətsiz qalmaq da bədəni passivləşdirir. Hərəkət yoxdursa, bədən də "yorğunam" siqnalı verir.
😎 Yorğunluğu azaltmaq üçün nə edə bilərsən?
1️⃣ Beyninə fasilə ver
Gündəlik zehni boşaltma vaxtı yarat. 5 dəqiqə səssiz oturmaq belə kifayətdir.
2️⃣ Yazaraq düşün
Zehnində dolanan hər şeyi bir kağıza tök. Bu, beyinini yüngülləşdirir.
3️⃣ Kiçik hərəkətlə başla
Yüngül bir gəzinti, azca dartınma hərəkəti belə bədənə enerji verir.
4️⃣ Daxili dialoqu dəyiş
"Heç nə etmirəm", "tənbələm", "əlimdən iş gəlmir", "bir işə yaramıram" kimi sözlər demə. Özünlə daha mərhəmətlə və sevgi ilə danış.
5️⃣ Yaxşı yat, lakin həddindən çox yox
Keyfiyyətli yuxu önəmlidir, amma çox yatmaq da enerjini aşağı salır. Gecə vaxtında yataraq, 7-8 saat keyfiyyətli yuxu qəbuluna diqqət et.
6️⃣ Daha çox faydalı məlumat üçün məni Instagramda izlə: https://www.instagram.com/farida.fatali ✅