“Qazi Kazımov Kәnan — Allah ömrünü uzun etsin.
Döyüşün ilk günündәn bir yerdә qalırdıq. Yunislә Kәnan yaralandı, Dmitri ilә Elsәvәr şәhid oldu, Cavidanla mәn sağ qaldıq.
Allahın qәribә işlәri var... Kәnan hәr zaman hәr kәsdәn öndә döyüşәrdi, bir dәfә belә qorxmazdı. Snayper Kәnanı vuranda arxa çantada olan güllәyә (5.45) girmişdi. 7.62 diametrli güllə 5.45—ә girib qalmışdı. Çox maraqlı görüntüsü var idi, Kәnan döyüş boyu onu üzәrindә gәzdirirdi.
Yaralanmamışdan öncә Kәnangil mühasirәyә düşmüşdü, gecә mühasirәdәn çıxıb bizim yanımıza gәlәndә çoooox sevinmişdim. Dmitri Kәnana zarafatca hәr dәfә deyirmiş ki, mәnim yanımda durma, mәrmi düz yanıma düşür, sәn dә ölәcәksәn. Son döyüşdә elә dә oldu. Mәrmi düz Dmitrinin yanına düşdü, әsas qәlpәlәr onu şәhid etmişdi, ancaq iki әsgәr ağır yaralanıb sağ qalmışdı.
Dmitri şәhid olanda Kәnan yuxarıdan üzü aşağı, “Dәdә, Dmitri şәhid oldu", — deyә-deyә üstümә gәlәndә, sanki bütün dünya gözümdә sönmüşdü. Hәr kәs bir tәrәfә sığınmışdı, hamı qorxurdu. Kәnanın başını qan içindә görәndә anidәn ayıldım, “A kişi, nә Dmitri, gözlә, sәn nә gündәsәn, çıxart sarğını tәcili ver” (özümdә qalmamışdı).
Hәr tәrәfә mәrmi düşürdü, hәr tәrәfә. O hәyacanla Kәnanın başını necә sarıdım bilmәdim, sonunda dәbilqәsini möhkәm başına sıxdım ki, pambıq-bint başına sıxılsın, qan çox axmasın. Tәcili bir yerdә otuzdurdum, mövqemi dәyişdim. Çünki әks-hücum edildiyi deyilirdi. Tez-tez geri gedib Kәnana baxıb, tәzәdәn mövqeyimә qalxırdım. Sonra əsgәrlәrdәn biri Kәnanı götürüb kәndә tәrәf aparıb. Çox az dәqiqә fәrqi ilә Kәnan sağ qalıb. Hәr gün, hәr kәsdәn Kәnanı soruşurdum, vәziyyәti ağır olduğu üçün heç kәs mәlumat әldә edә bilmirdi...
Hazırda aldığı zәrbәdәn nitq qüsuru var vә baş nahiyәsinın bir hissәsi yoxdur. 😞 İnşallah, estetik әmәliyyatla düzәlәcәk deyirlәr.
Necә Yunis üçün, elәcә dә Kәnan üçün deyirәm. Әlimdә imkan ola, bütün medalları Kәnanın sinәsinә taxardım.
Allah sәni xoşbәxt elәsin, qardaşım”.