Kofe Al
  • Авторы
  • Блог
  • ЧАВО
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
  • Войти Регистрация
Kofe Al
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce

Делай то, что любишь, получай донаты от своей аудитории!

  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
    • Авторы
    • Блог
    • ЧАВО
Войти Регистрация
Подписывайтесь на нас
Әli Әhmәdli
  • 21 oktyabr (Dmitri vә Elsәvәrin şәhid olması)
    Әli Әhmәdli
  • 72 Просмотры
  • 21.10.2025
  • 3 мин. чтения

21 oktyabr (Dmitri vә Elsәvәrin şәhid olması)

Mayor Azayev şәhid olduğundan bizә yeni komandir göndәrmişdilәr.Şәxsi heyәti bir araya toplayıb,şәhid vә yaralıların siyahısını çıxartmaq lazım idi. Yağış yağırdı.Uşaqlar yarım tikililәrin üzәrini bağlayıb,içәrisindә mövqelәnmәk istәyirdi. Bu hәrәkәtliliyi ermәni artilleriyası görmüşdü. Duman onların üzәrinә gәlәn zaman bizi atәşә basdılar. Artilleriya taktikasıdır.

21 oktyabr (Dmitri vә Elsәvәrin şәhid olması)

Mayor Azayev şәhid olduğundan bizә yeni komandir göndәrmişdilәr.Şәxsi heyәti bir araya toplayıb,şәhid vә yaralıların siyahısını çıxartmaq lazım idi. Yağış yağırdı.Uşaqlar yarım tikililәrin üzәrini bağlayıb,içәrisindә mövqelәnmәk istәyirdi. Bu hәrәkәtliliyi ermәni artilleriyası görmüşdü. Duman onların üzәrinә gәlәn zaman bizi atәşә basdılar. Artilleriya taktikasıdır. Әks tәrәf atәşin haradan olduğunu görә bilmәdiyindәn,koordinat çıxara bilmir. Çox böyük qüvvә ilә bizi artilleriya ilә vurmağa başladılar. Arxadakı bütün yarıç tikililәri vurdular.Yaralı vә şәhid çoxalırdı.Bu an onların motatıcı taboru da әks hücumә keçmişdi. Uşaqlar hasara tәrәf qaçdılar ki, atәş açıb ermәnilәrin qarşısını alsın. Bu zaman düz hasarın dibini artilleriya vurdu. Kәnan qaça - qaça üstümә gәldi " Dәdә,Dmitri şәhid oldu" "Dayan görüm,nә dmitri sәn nә gündәsәn,otur aşağı " Kәnan başı qan içindә idi,başını bir hissә qopmuşdu,qandan başının bir hissәsinin әyriliyi seçilirdi. " Tez bintini ver görüm bura " Hәr yerә mәrmi düşür.Sağa-sola,hәr tәrәfә. Oturub,Kәnanın başını sarıdım. Sarımaq deyәndә,bir onu bildim ki, kaskanı möhkәm sıxdım ki,qanı çox axmasın.Otuzdurdum ki,sәbrli ol ara sakitlәş,sanitarkaya çatdıraq sәni. Dmitri tәrәfә baxdım yerindәcә şәhid olmuşdu. Ağrı-acısız,can çәkmәdәn. Bu zaman biraz önümüzdә olan Mina atan batareyanı vurdular. Uşaqlar bizim yanımıza çәkildilәr. Yaralılar sürәtlә artır. Leytenant Rüstәm Hәkim bacardığı qәdәr yaralıların yanına qaçır,dәrman-bint işlәri görür. Bu zaman dayandığımız nöqtәni vurdular.Hәr yer qaraldı. Bir dәnә o yadımdadır ki, " Cavidan,sağsan? " dedim...Dedi yaxşıyam,dedim dur mövqeni dәyişәk. Qaçdıq sağ tәrәfdә bir yer var orada dayandıq. Kәnan Soltanbәylә üzü arxaya,samitarkaya tәrәf getmişdi. Әlimizdәn heçnә gәlmir,artilleriya atışının susmağını gözlәyirdik. Birdәn dayandığımız nöqtәni dә vurdular. Hәr yer toz dumana döndü. Cavidanla qalxdıq daha tәhlükәsiz yerә tәrәf qaçmağa. Hәr kәs hansısa istiqamәtә tәrәf qaçır. Bu zaman bir әsgәr "qurban olum,yaralıyam,mәni qoymayın " dedi. Gözüm Pәrvinә sataşdı..Dedim, Pәrvin getmә,qaqaşı da aparaq.Әyildik,hәrәmiz bir tәrәfindәn tutub qaqaşı apardıq. Bir tank sәngәrinә çatdıq. Tәminat bizә çatdıra bilmәyib, hәr weyi bu sәngәrә boşaltmışdı ki, uşaqlar gәlib götürәr. Neçә gündü ac olan uşaqlar,stressdәn yemәyi çoooox pis şәkildә yemәyә başladı. Yaralını otuzdurduq,qaçıb banan - keks gәtirdim...Tez ye bәdәnindә güc olsun.Oturub yedizdirdim..Әsgәri öz bölük uşaqlarına tapşırdım. Uşaqları itirmişdik..

Tanıdığımız uşaqlar yox idi... Hava asta-asta qaralırdı... Artilleriya atәşi sәngiyirdi. İkimci tank sәngәrinә keçәndә uşaqları gördük. Cәmlәşdik bir yerә... 1 tabor adamdan cәmi 14 nәfәr...Qalan hәrkәs,ya yaralı,ya şәhid , ya da yaralә daşımağa kömәk etmәyә getmişdi. Başqa taborun uşaqları gәlmişdi,bir nәfә kömәk etsin güllә aparaq. Kәnan (Qoca) onlarla getdi. Kәnan gәldi ki,bizә hücum edәn ermәnilәrin çoxunu solumuzda olan tabor biçib. Ona görә çox gәlә bilmәyiblәr. Rabitәdә sayımızın az olduğunu bildirdilәr. "Sәbrli olun sizi әvәzlәmәyә tabor gәlir" Sәhәrә qәdәr burada növbәli şәkildә dayandıq...

Другие посты

30 Sentyabr ( İlk döyüş günü)

30 Sentyabr ( İlk döyüş günü)

  • 455 Просмотры
  • 30.10.2025
  • 5 мин. чтения
Səhər açılan zaman,hər şey çox sürətli gedirdi...Hər kəs nəyəsə tələsirdi...Bu gün döyüşə girəcəkdik.Silah-sursatları sonuncu dəfə kontroldan keçirdir ...
Все
Больше
20 Oktyabr ( Mayor Azayevin şəhid olduğu gün)

20 Oktyabr ( Mayor Azayevin şə

  • 68 Просмотры
  • 20.10.2025
  • 3 мин. чтения
Səhər tezdən idi.Mayor Azayev özü rabitəçisi ilə müşahidəyə getmişdi.Gələrkən, “Onlar hələ səhər yeməyinə başları qarışıb,artilleriya vursun biz də hü ...
Все
Больше
kofe.al

Мы создали проект для поддержки талантливых и креативных людей как вы. Присоединяйтесь к нам!

Как это работает?
  • Донаты
  • Подписка
  • Магазин
  • QR-коды
  • Отличие
Интеграции
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • О нас
  • Правила
  • Политика конфиденциальности

Copyright © 2025 проект BONPARA. Все права защищены.