Kofe Al
  • Авторы
  • Блог
  • ЧАВО
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
  • Войти Регистрация
Kofe Al
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce

Делай то, что любишь, получай донаты от своей аудитории!

  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
    • Авторы
    • Блог
    • ЧАВО
Войти Регистрация
Подписывайтесь на нас
Abbas Axundzadə
  • Gecə Fəryadı (İslamdanqabaq)
    Abbas Axundzadə
  • 327 Просмотры
  • 30.07.2023
  • 2 мин. чтения

Gecə Fəryadı (İslamdanqabaq)

...Bu gün otağı büsbütün qaranlığa bürüdüm, Onsuz sənin ruhun da qara idi...

Gecə Fəryadı (İslamdanqabaq)

Ay çıxır gecəylə,

Zülmət qaranlığa bürünür şəhər,

Bir az düşündüm,

Gecələr bütün bu şəhəri qaraldan,

Mənim bu yalqız ürəyimmiş məgər.

 

Gecə düşür, baş qaldırır dərdlərim

Yorğun beynim qırmaqda sərhədləri

İndi gör kimlər bu həyat oynuna eyvanda baxır

Zillət kimi keçən saatlar necə sürətlə axır,

Kədərdən sərxoş olan gözlərim axdıqca mənim,

Otaqda qəşr eliyən lampa da atdıqca məni,

Yaralarıma od vuran qanlı bıçağa da əlvida dedim,

Məhv edib, bir gecənin yalnızlığında, qanına qəltan etdim onu.

Siqaret qutusunda gizlənən sonuncu ağrım ilə vidalaşdım,

Yoruldum bir az,

Çıxdım küçəyə,

Küçə sıxdı, evə qayıtdım,

Dörddivar, 7 yaşındakı bir uşağın yuxusundakı bədheybətlər kimi sarmaşdı üstümə,

Sonuncu kağız, sonuncu qələm və bir az da cəsarət,

Bu cəsarətdən gəlir qan qoxusu,

Bu qoxunu hiss edəcək çoxusu,

Bütün şəhərə yayılar qorxusu,

Qorxusuz əsarətləri görmədim

Bu cəsarət bir dahini məhv edəcək indi,

Bu cəsarətdə bir ümid də var,

Edam olunacaq bir günahkarın gözlərindən betər parıldayır üzümə,

Bu cəsarətdə qorxaqlıq da var,

İki ayaq üstə durmağa qorxub,

Əlini ayağa çevirən körpənin, həyatda tutunma qorxusu kimi.

Danış mənə,

Haqqımda nə bilirsən?

Ürəyimin hansı döngəsində bu dəqiqə qan tökükür?

İndi hansı tanrılar hansı şeytanlarla döyüşür beynimdə?

Sabah daha kimlər bıçağı saplayar kürəyimə?

Unut özünü,

Çünkü mən bu dəqiqə səninlə bərabər bütün kainatın dərdini çəkirəm.

Gecələr heç bilirsən nələr yaşanır bu 9 kvadratlıq otağımda?

Otağım bu gün həmişəkindən fərqli qaranlıqdı,

Otağımın işığı həmişə yanıq olardı,

Gecələr itən qafiyələri rahat tapardım.

Otağımın işığını həmişə yanıq qoyardım,

Qəflət ruhun otağıma zəvvar olsa,

Tez durub qarşılayım.

Bu gün otağı büsbütün qaranlığa bürüdüm,

Onsuz sənin ruhun da qara idi,

Bəlkə yanan həmin o işıq səni seçilməkdən qorxudardı?

Другие посты

İlahi

İlahi

  • 290 Просмотры
  • 25.02.2024
  • 1 мин. чтения
Dostlar vəfasız, sevgilər itmiş Bəxtimin harda başı batmış ilahi. ...
Все
Больше
Öləcək

Öləcək

  • 284 Просмотры
  • 25.02.2024
  • 1 мин. чтения
Çox qəlbini sıxma, ölüm də öləcək, Necə ki içimdə dünya öləcək bu gecə. ...
Все
Больше
kofe.al

Мы создали проект для поддержки талантливых и креативных людей как вы. Присоединяйтесь к нам!

Как это работает?
  • Донаты
  • Подписка
  • Магазин
  • QR-коды
  • Отличие
Интеграции
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • О нас
  • Правила
  • Политика конфиденциальности

Copyright © 2025 проект BONPARA. Все права защищены.