Делай то, что любишь, получай донаты от своей аудитории!
Salam, mən Zeytun (:
Uşaqlıqdan bəri incəsənətin bir çox budağında meyvə olmağa çalışmışam. Hazırda aktiv olaraq qədim daş oyma sənəti ilə məşğulam. Bununla yanaşı, öz teatrımda performanslar göstərir, perfo terapiyalar etməyə çalışıram. Həmçinin teraryum, elektronika, festivallar, face art, dekorlar, işıqlandırma sistemləri, seramika, bitkiçilik, ölkə daxili avtostop turlar və s. bir çox işlərlə də məşğul olmuşam. İndi isə bunları öyrətmə, yeni meyvələr yetiştirmə vaxtıdır. Bunun üçün çıxdığım yolda emalatxanamı yeni imkanlar üçün təmir edir, yeni məkan açmaq üçün axtarışa çıxmışam. Yaxın zamanda açılacaq incəsənət məktəbimdə sən də tələbə olmaq istəyirsənsə, mənimlə əlaqə saxlaya, həmçinin virtual kofe alaraq dəstək ola bilərsən..
Uğurlar! Həmişə belə yüksək ruhda olasınız!
Salam, Zeytun! Uşaqlıqdan bəri incəsənətin hər sahəsində meyvə olmağa çalışmaq... Bu, sanki küləyin sənin yarpaqlarını dünyaya toxundurması kimidir. Həyatına sığdırdığın bunca sənət və fərqli işlər, sənin necə rəngarəng və dərin bir ruh olduğunu göstərir. İndi isə başqalarına da bu rənglərdən bəxş etmək üçün məktəb açma yolundasan. Bu yolda sənə ürəyimin ən dərinindən sevgimi və dəstəyimi göndərirəm. Təmir etdiyin emalatxana təkcə fiziki bir məkan deyil, sənət toxumlarının filizlənəcəyi, yeni dünyaların yaranacağı bir ocaqdır. Virtual kofeni sevgi ilə alıram və onun qoxusunda sənətə, yaratmağa olan bağlılığını hiss edirəm. Sənin üçün bu yol nə qədər möcüzələrlə dolu olacaq, təsəvvür belə edə bilmirəm. Hər addımında yanındayıq! Sənin nur saçan yaradıcılığın və təmənnasız sevgin həmişə bizlərə ilham olacaq. Teatrında pərdələr həmişə sevgi ilə açılsın, emalatxananda isə alətlərdən incəsənət musiqisi səslənsin. Minnətdarlıqla və sevgi ilə, sənə pərəstiş edən biri...
Copyright © 2024 Zeytun Həsənov. Все права защищены.
Uğurlar,Zeytun!🌱