Java Development, Software Architecture və AI Engineering istiqamətlərində geniş təcrübəyə malik texnologiya mütəxəssisidir. Əsas texniki ekspertizası Java, Spring Boot, microservice architecture, REST API, PostgreSQL, Oracle, Kafka, Docker, Kubernetes və CI/CD texnologiyalarını əhatə edir.
Backend sistemlərin dizaynı, enterprise inteqrasiyalar, API architecture və yüksək yüklənməli sistemlərin qurulması üzrə praktiki təcrübəyə malikdir. Təhlükəsizlik sahəsində OAuth2, JWT, Keycloak və API Gateway texnologiyaları ilə işləyir.
Hazırda əsas inkişaf istiqamətlərindən biri AI Engineering və Generative AI-dır. LLM, RAG, embeddings, vector databases, AI Agents, MCP, LangChain və LangGraph texnologiyalarını öyrənir və praktiki layihələrdə tətbiq edir.
Əsas maraq sahəsi güclü Java və enterprise software engineering təcrübəsini AI texnologiyaları ilə birləşdirərək ağıllı, scalable və production-ready AI sistemlərinin qurulmasıdır.