Делай то, что любишь, получай донаты от своей аудитории!
🧑💻 Salam! Mənim adım Həbibdir.Uzun illərdir internet provayderləri və telekommunikasiya şirkətlərində çalışıram. Texnologiya sahəsi mənim üçün sadəcə iş yox, həm də maraq və həyat tərzidir. Hal-hazırda “Azerconnect”də Fixed Services Operations Expert kimi çalışıram və əsas fokusum şəbəkələrin sabit və dayanıqlı işləməsini təmin etməkdir.
Cisco, MikroTik, HP, VMware və digər texnologiyalarla işləməyə çoxdan bələdəm. Vaxtilə Asterisk telefon sistemlərindən tutmuş, ISP-lərin NOC və incident idarəetməsinə qədər bir çox mövzuda çalışmışam. Sadə dillə desəm — texniki problemləri çözmək, sistemləri qurmaq və işlək saxlamaq mənim gündəlik işimdir.
📚 Boş vaxtlarımda özümü inkişaf etdirməyi sevirəm — video kurslar izləyir, kitab oxuyuram. Amma ən çox dəyər verdiyim şey — ailəmlə vaxt keçirmək və maraqlı insanlarla tanış olmaqdır.
☕ Bura isə yeni tanışlıqlar və fikirlərlə zənginləşmək üçün gəldim. Gəlin danışaq — texnologiya, həyat, ya da sadəcə yaxşı bir qəhvə haqqında. 🙂
Copyright © 2025 Həbib Rəhmanov. Все права защищены.