Məxfirət Babayeva

Məxfirət Babayeva

Psixoloq, kitab bloggeri, incəsənət həvəskarı
  • 0 Фанатов
Купить kofe для Məxfirət Babayeva
Сделать это сообщение приватным
Məxfirət Babayeva
Psixoloq, kitab bloggeri, incəsənət həvəskarı

Salam əziz dost 

Bilirəm, adətən özümüz haqqında  yazanda  daha çox pafoslu cümlələrdən, yarı ciddi və yarı yumoristik fikirlərdən istifadə olunmalıdır ki, oxucunun diqqətini özünə çəksin. 

Lakin mənim belə bir məqsədim yoxdur. Çünki kitabın üz qabığını bəzəyib-düzəməkdənsə onun içini maraqlı etmək daha yaxşı üsuldur. 

Burada olmaqda məqsədim psixologiya elmini sadə, anlaşıqlı dildə, uzun və yorucu nəzəriyyələr olmadan izah etməkdir. Həyatımın 26-cı baharında öyrənməyə çox böyük coşğu və maraqla başladığım bu sahəni, düşünürəm ki, Səni də özünə cəlb edəcək və sevdirəcək şəkildə təqdim edə bilərəm. 

Həmçinin kitablar, musiqi, rəsm, bir sözlə incəsənətin müxtəlif sahələri haqqında da danışacağıq.

+ Əgər  həvəsiniz və səbriniz çatarsa burada kiçik hekayələrini də oxuya bilərsiz ))

Dəstəyiniz üçün öncədən təşəkkür edirəm, Hörmətlə

Məxfirət Babayeva - Psixoloq, kitab bloggeri və incəsənət həvəskarı