Kamran Mammadli

Kamran Mammadli

İT, Texnologiya və Şəxsi inkişaf
  • 0 Фанатов
Купить Çay для Kamran Mammadli
Сделать это сообщение приватным
Kamran Mammadli
İT, Texnologiya və Şəxsi inkişaf

Salam, mən Kamran! İlk postumu səhifə və biraz da özüm haqqında etmək istədim. Əvvəlcə məni tanıyın. Əsas ixtisasım “elektroenergetika mühəndisliyi” üzrədir. Qeyri-İT üzrə ixtisas birincisi kimi bitirsəm belə, hobbi olaraq İT(proqramlaşdırma)- back-end  öyrənməyə başlamışam. Təxminən 1 il yarımdır ki, bu sahəni hərtərəfli öyrənir və özümü günbəgün inkişaf etdirirəm. Hazırkı halımla geridə qoyduğum Kamrana meydan oxuyuram deyə bilərəm. Bu yolda öyrəndiklərimi, əldə etdiyim təcrübələrimi, nəzəri və praktiki biliklərimi siz dəyərli oxucularla bölüşərək sizin həyatınıza fayda vermək üçün səhifəm fəaliyyət göstərəcəkdir. Ümumilikdə sizlərlə bu səhifədə İT, texnologiya və şəxsi inkişaf üzrə paylaşımlar edəcəm. Bununla yanaşı, daha çox inkişaf etməyi sevənlər üçün “kamranmmadli.com” blog saytım fəaliyyətdədir. Daha nə olsun?! Məni izləyin və daim dəyişən, yenilənən texnoloji əsrdə heçbir yenilikdən geridə qalmayın! Həmçinin bu platformalarda da varam: İnstagram, Facebook, YouTube, Telegram, Therads