Kürd Media Mərkəzi

Kürd Media Mərkəzi

İlk azərbaycandilli kürd mediası
  • 0 Фанатов
Купить kofe для Kürd Media Mərkəzi
Сделать это сообщение приватным

Minimum dəstək: 5.00 ₼
Bir dəfəyə max. dəstək 200 ₼40 kofe

Kürd Media Mərkəzi
İlk azərbaycandilli kürd mediası

Kürd Media Mərkəzi 27 mart 2022-ci ildə Facebook sosial şəbəkəsi üzərində yaradılmış ilk azərbaycandilli kürd mediasıdır.

2023-cü ilin 17 iyul tarixindən etibarən mərkəz bütün sosial şəbəkələrdə (Facebook, Instagram, X, Threads, Telegram, Tiktok və s.) sinxron fəaliyyətə keçmişdir. Mərkəzin əsas məqsədi aşağıdakılardır:

  • Azərbaycan Respublikası və Kürdüstan Regional Hökuməti arasında mövcud olan siyasi-iqtisadi əlaqələri izləmək və hər iki ölkənin gündəmini diqqətdə saxlamaq;
  • Hər iki ölkənin mətbuat və mədəniyyət sahələrini əməkdaşlığa təşviq etmək;
  • Azərbaycan və Kürdüstan xalqları arasında ictimai-mədəni təmasları artırmaq, müəyyən festivallara, konsertlərə, digər mədəni tədbirlərə əsas təşkilatçılığı həyata keçirtmək;
  • Azərbaycanda kürd xalqı və Kürdüstan haqqında yayılan mifləri zərərsizləşdirmək məqsədilə dezinformasiyaya qarşı planlı şəkildə mübarizə aparmaq, bunun üçün maarifləndirici kampaniyalar həyata keçirtmək;
  • Azərbaycanda və Qafqazda kürdlərin tarixini, etimologiyasını, toponimikasını institutlaşdırılmış səviyyədə araşdırmaqla və ya hazır araşdırma materiallarını əldə etməklə onları yayımlamaq.

Kürd Media Mərkəzinin layihələrindən biri də “Dəst” Təşəbbüs Qrupudur.

"Dəst" Azərbaycanda kürd mədəni irsinin qorunması üçün təşəbbüs qrupudur.

Təşəbbüs Qrupu Azərbaycanda kürd beyin mərkəzi yaratmağı hədəfləyir. Bunun üçün əsas məqsədlərdən biri intellektual kürd gənclərini bir məkana toplamaq, mədəniyyət və incəsənət yönümlü layihələr icra etməkdir. Qrup üzvləri kürd dilində mütaliə vərdişləri formalaşdıracaq və kürd dili ətrafında araşdırmalar edəcək.

Təşəbbüs siyasi deyil, mədəni xarakter daşıyır. Qrup siyasi müzakirələrdən kənarda fəaliyyət göstərən müstəqil mədəniyyət təşkilatlanmasıdır.

Adının "dəst" seçilməsinin səbəbi sözün kürd dilində əl mənasını verməsidir. Bu da qrup üzvlərinin əl-ələ verərək müəyyən edilmiş məqsədlərin həyata keçirilməsini simvolizə edir.