Делай то, что любишь, получай донаты от своей аудитории!
Bir Təbəssüm Bir Ümid – uşaqların təhsilə, mədəniyyətə və sosial rifaha çıxış imkanlarını artırmaq məqsədilə yaradılmış sosial layihədir. Biz inanırıq ki, bir təbəssüm bir uşağın həyatında böyük bir ümidə çevrilə bilər.
Layihəmizin əsas məqsədi ucqar kəndlərdə, aztəminatlı ailələrdə yaşayan uşaqları dəstəkləmək, onların həyatına kiçik də olsa sevinc qatmaqdır.
Əsas fəaliyyət istiqamətlərimiz:1️⃣ Təhsil dəstəyi – məktəb ləvazimatları, kitablar, müxtəlif maarifləndirici fəaliyyətlər və təlimlər.2️⃣ Mədəni inkişaf – kino və animasiya günləri, yaradıcılıq dərnəkləri, mədəni tədbirlər.3️⃣ Geyim dəstəyi – mövsümə uyğun geyimlərin, ayaqqabıların və digər zəruri əşyaların təmin edilməsi.4️⃣ Sosial inteqrasiya – uşaqlarda özünəinamın, həmrəylik və ümid hissinin gücləndirilməsi.
Biz birlikdə daha çox uşağın həyatına işıq, ümid və xoşbəxtlik gətirə bilərik.
Copyright © 2025 Bir Təbəssüm Bir Ümid. Все права защищены.