Son vaxtlar hər kəsin meylli olduğu şəxsi inkişaf mövzusu ilə gəlin daha yaxından tanış olaq.
Şəxsi inkişaf nədir?
İnsanın özünü tanıması, nə istədiyini bilməsi, müsbət və mənfi cəhətlərinin fərqində olması, mənfiləri aradan qaldırmağa çalışması, qarşısına məqsədlər qoyub, onlara çatması üçün çabalaması.
Şəxsin özünü inkişaf etməsi əsasən özünün qərarlı olub, balansı qoruyaraq, davamlı şəkildə üzərində işləməsidir.
Şəxsi inkişafın 4 növü var: emosional, sosial, intellektual və karyera. İndi isə gəlin hər növə ayrılıqda baxaq.
Hər birimiz gün boyu müxtəlif emosiyalardan keçirik, əsəb, kədər, xoşbəxtlik, təşviş, qorxu, utanc. Danılmazdır ki, emosiyalarımız həyatımızın böyük hissəsini zəbt edir. Dünyaya gələndən, emosiyalar bizi idarə edir bir növ. Gülümsəməyə başlayırıq, altı həftəlik olduğumuzda ətrafdan gələn səslərə, görüntülərə maraq hiss edirik.
Emosiyaların bizi deyil, bizim onları idarə edə bilməyimiz emosional inkişaf adlanır.
İntellektual zəkanın nə olduğunu hamımız bilirik, lakin emosional zəka barədə o qədər də məlumatlı deyilik, təəsüf ki. Emosional zəka, və ya empatiya, başqalarının hisslərini anlaya bilmək, özünü onun yerinə qoya bilməkdir.
Öz daxili dünyamızı kəşf edib, hisslərimizi daha yaxşı anladıqdan sonra, ətrafımızdakı insanlarında müxtəlif situasiyadakı davranışlarını daha yaxşı anlaya biləcəyik. Emosional inkişaf özünü tanıma və özünü idarə etməklə başlayır. Özümüzü daha yaxşı başa düşə bilməyimiz üçün, müəyyən zamanlarda keçirdiyimiz hisslərə ad verə bilməli, nəyin bizə yaxşı, nəyin isə pis təsir etdiyi anlaya bilməliyik.
Xaricdə istifadə edilən metodlardan biri, journaling-dir. Əgər uzun-uzadı yazmaqla aranız yoxdursa, bir dəftər tutun, sadəcə hansı hadisənin sizə necə təsir etdiyi qısaca yazın. Beləliklə, özünüzü hansı hallarda gərgin, hansı aralarda xoşbəxt, hansı vaxtlarda üzgün hiss etdiyinizi anlayıb, daha yaxşı analiz edə biləcəksiniz.
Sosial inkişaf nədir bəs?
Təxmini, 2.6 milyon il bundan əvvəl, insanlar bir-biri ilə sosial ünsiyyət qurmağa başladı. Sosiallaşmaq bizim varlığımızın bir hissəsidir.
Əvvəllər dədə-babalarımız bir-biri ilə təhlükədən xəbərdar etmək üçün ünsiyyətə keçirdisə, indiki zəmanədə biz artıq iş fürsətlərini, təhsil məsələlərini və ya sadəcə söhbət etmək üçün rahatlıqla sosiallaşa bilirik.
Hamımız bilirik ki, inkişa komfort zonamızı tərk edəndə başlayır. Belə isə, inkişafı sürətləndirmək üçün, hansı şəraitdə daha çox narahatlıq, təşviş hiss ediriksə, onun üstünə daha çox getməliyik.
Bunun üçün, öncəliklə, hansı situasiyalarda özünüzü narahat hiss edirsinizsə, onu qeyd edin. Bu müəyyən şəxslə söhbət ola bilər, daha əvvəl getmədiyiniz bir məkana getmək ola bilər, və sairə.
Analiz edin ki, niyə sırf o mühitdə özünüzü təşvişdə hiss edirsiniz, sizi narahat edən nədir?
Məsələn, bəlkə siz çox adam olan ortamlarda özünüzü ifadə edə bilmirsiniz, və bunun əsl səbəbi insanların sizinlə razılaşmayıb, fərqli fikir bildirmələrini təhlükə kimi görürsünüz.
Analiz mərhələsini bitirdikdən sonra, gəldik hərəkətə keçmə qisminə. Qorxu bizdən güclü olmamalıdır. Nədən çəkiniriksə, onun bizim üzərimizdə anlam verə bilmədiyimiz gücü olur. Odur ki, cəsarətinizi toparlayıb, qorxunuzun üstünə gedin. Birinci dəfə, çox qorxacaqsınız, lakin etdikdən sonra içinizə fərahlıq gələcək. Bunu edə bilmək, özünüzə inamı və güvən hissini də artıracaq.
Sıra gəldi intellektual inkişafdan danışmağa.
İntellektual inkişaf durmadan yeni məlumat əldə etmək, daima yeni bir şey öyrənmək, yəni, öyrənməyin aclığı.
Beyninizi daim işlək vəziyyətdə saxlamaq üçün, yeni bir şey öyrənməyə çalışın. Bu bir dil ola bilər, yaxud hansısa instrumentdə ifa etməyi öyrənmək ola bilər.
Həm qan dövranını yaxşılaşdırmaq, həm də beyninizi işlətmək üçün müəyyən çalışmalar edə bilərsiniz.
Yuxu rejiminizin qaydasında olması da vacib amillərdən biridir.
Və ən sonuncu, karyera inkişafından danışaq.
Hamımız daha yaxşı yerlərə gəlib çıxmaq istəyirik. Karyera və iş bizim həyatımızın ən geniş qismidir, deyə bilərik. Karyera inkişafə haqqda sadəcə düşünmək bizi heç bir yerə çıxarmır, əksinə limitləyir.
Hansı sahədə inkişaf etmək istəyirsinizsə, bunu müəyyən edib, o sahəni daha yaxşı öyrənin, o sahədə inkişaf edin.
Öncəliklə, karyeranızda məqsədlərinizi müəyyən edin. Siz özünüzü o sahədə harada görmək istəyirsiniz.
Daha sonra, olduğunuz vəziyyətin o sahəyə bir faydası varmı deyə düşünün. Olmaq istədiyiniz yerdəsiniz?
Əgər ki yox, o yerə necə çatacağınızı düşünün və hərəkətə keçin.
Öz karyeranızın SWOT analizini edin. Güclü, zəif yanlarınızı, şansları və təhlükələri müyyən edin.
Unutmayın ki, “Uğursuz olmaq çətindir, amma heç vaxt uğur qazanmağa çalışmamaq daha pisdir. » Teodor Ruzvelt