Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Fərman Mikayılzadə
  • Coffee or Tea?
    Fərman Mikayılzadə
  • 730 Baxış
  • 17.09.2023
  • 5 dəq oxuma

Coffee or Tea?

Dostunla kafedə və ya restoranda oturduğun zaman yemək sonrası və ya birbaşa kafeyə gələn kimi dostundan və ya dostun səndən nəzakətlə soruşar; “çay içirsən yoxsa kofe?”

Coffee or Tea?

Artıq biz 2023-cü ildəyik və hal-hazırda Azərbaycanda ənənəvi olaraq çay mədəniyyəti qədər kofe mədəniyyəti də inkişaf edir və etməkdədir. Bu postumu yazmamışdan əvvəl internetdə bir neçə müsahibələrə, məqalələrə baxdım və demək olar ki, çox maraqlı nəticələrlə qarşılaşdım.

İnternetdə ilk olaraq “Coffee or tea?” cümləsini axtardığımız zaman Beynəlxalq “Forbes” jurnalının belə bir nəticəsi ilə qarşılaşırıq:

“Because of its high caffeine content, coffee may give you a quicker burst of energy, but tea contains L-theanine, a chemical that, in combination with caffeine, can help you stay mentally alert for longer. In other words, a coffee buzz hits hard and fast, but tea might offer slower, more steady energy.”

Bəs ümumiyyətlə, Azərbaycanlılar nəyə üstünlük verir, kofe yoxsa çay?

Caffeine is a powerful stimulant that has been associated with protective effects against some chronic diseases. Coffee contains more caffeine per serving than black tea, but both beverages may provide its associated benefits.

Bilməyimiz lazımdır ki, həm qəhvənin, həm də çayın tərkibində kofein kimi tanıdığımız bir maddə mövcuddur,

Kofein

Kofein (1,3,7-trimetil-1H-purin-2,6(3H,7H)-dion) — qəhvə ağacı və ya çay və bu kimi digər bitkilərin tərkibində olan alkaloid. Kimyəvi sintez yolu ilə də alınır. Müxtəlif içkilərin tərkibinə sinir sisteminə müsbət təsir göstərilməsi məqsədilə kiçik dozalarda qatılır. Böyük miqdarda qəbulu isə təhlükəli nəticələrə səbəb ola bilir.

Kofein necə əldə olunur?

Həm çay yarpaqlarında həm də qəhvə dənələrində 1-3% purin törəməsi - kofein alkaloidi vardır. Çayın dəmlənməsi və ya qəhvənin hazırlanması zamanı kofein məhlula keçir. Bitkilərdə kofein purin əsasları - adenin və quanindən mürəkkəb reaksiyalar vasitəsilə əmələ gəlir. Sənayedə onu çay istehsalının tullantılarından və sortsuz kofe dənələrindən ayırmaqla yanaşı, həmçinin sintetik yolla alırlar.

Azərbaycanda çay mədəniyyəti

Çay bitkisi ilk dəfə 1912-ci ildə Azərbaycanın Lənkəran bölgəsinə gətirilərək orada əkilib və ilk dəfə olaraq çay zavodu 1937-ci ildə Lənkəranda tikilib. Bundan sonra Azərbaycanda çayın kütləvi şəkildə istehsalına başlanılıb.

XX əsrin əvvəllərində Azərbaycan və Gürcüstan vasitəsilə qara çay Osmanlı imperiyasının mərkəzi vilayətlərində məşhurlaşmışdır.

2008 - 2012-ci illərdə Azərbaycanda çay istehsalı 10,6-10,9 min ton arasında olub. 2013-cü ildə istehsal 7,5 min ton. 2014-cü ildə 474,2 ton çay yarpağı yığılıb.

Yuxarıda göstərilən rəqəmlər Azərbaycanda olan çay istehsalının azalmasını göstərir, Araşdırmalardan çıxardığım nəticələr ona gətirib çıxardı ki, ölkəmizdə çay istehsalını “monopoliya” halına gətirən bir çox şirkətlər mövcuddur və bu şirkətlər yerli istehsaldan çox idxala üstünlük verirlər. Həmçinin çayçılıq çox gəlirli sahə olsa da çox gec gəlir gətirir. Nümunə olaraq, pambıq 3-4 aya məhsul verə, üzüm isə, 2-3 ilə məhsul verə bilərkən, çay əkildikdən 7 il sonra məhsul verir.

Azərbaycanda qəhvə mədəniyyəti

Bu mədəniyyət isə, ölkəmizdə demək olar ki, son 10 ildə formalaşmışdır. Həmçinin qəhvəxana şəbəkələri də (coffeeshop places) Azərbaycanda getdikcə artmaqdadır və hər il sayları artmağa da davam edir.

Azərbaycan mətbəxinə qəhvə ərəblərlə uzunmüddəli əlaqələr nəticəsində daxil olmuşdur. Kakao, qəhvə və s. kimi şərq süfrəsinə məxsus içkilər keçmişdə kəndli ailələrinin məişətinə sirayət etməmişdir. İstisna kimi, şəhərin kübar ailələrində ziyafət süfrəsində qəhvə içilirdi

Qəhvə mədəniyyətinin ölkəmizdə inkişafı

Bu mədəniyyətin Azərbaycanda inkişafı ilə əlaqədar olaraq, 2019-cu ilin yanvarında Azərbaycanda 3 günlük Bakı Qəhvə və Çay Festivalı baş tutmuşdur. Həmçinin, 2022-ci ildə isə Bakının Ağ Şəhər massivində Azərbaycanın ilk qəhvə festivalı keçirilmişdir. "Coffest" adlı tədbir zamanı 30-dan çox kofeşopun, yerli və xarici qəhvə şirkətlərinin, 3 incəsənət mərkəzinin məhsulları sərgilənmişdir.

Bu yazını yazıb bitirərkən, fincanda qalmış espressomun sonlarını da içib bitirdim, sizi bilmirəm, amma mənim üçün qəhvə əvəzedilməz bir vasitədir. (Sizin əvəzedilməz içkiniz hansıdır?, bunu şərhlərdə mənimlə bölüşə bilərsiniz).

Amma yadda saxlamaq lazımdır ki, hər ikisindən də vacibi bizim sağlamlığımızdır. Çünki həm qəhvənin, həm çayın həddindən artıq içilməsi bədənimiz üçün sağlamlıq cəhətdən ciddi problemlərə səbəb ola bilər. 

Sağlamlığınızın qeydinə qalmanız, hər bir qurtumunu içərkən dostlarınız, yaxınlarınızla və ya özünüzlə xoş və sevgi dolu vaxtlar keçirməniz diləyi ilə.

Bu postu sona kimi oxuduğunuz və dəyərli vaxtınızı ayırdığınız üçün səmimi qəlbimlə sizə təşəkkürümü bildirirəm. 

Yazı çox xoşunuza gəldisə, bu yazını paylaşa və ya 1 kofe alaraq mənə dəstək ola bilərsiniz

Növbəti yazılarda görüşənədək!

Sevgilərlə,

Fərman Mikayılzadə

Digər məqalələr

The Power of Energy

The Power of Energy

  • 600 Baxış
  • 03.11.2023
  • 4 dəq oxuma
Energy will do anything that can be done in the world; and no talents, no circumstances, no opportunities will make a two-legged animal a man without ...
Hər kəs
Daha çox
Bədənimiz və sağlamlıq

Bədənimiz və sağlamlıq

  • 835 Baxış
  • 15.10.2023
  • 5 dəq oxuma
İş çıxışı, başda biraz ağrı və bədəndə biraz üşütmə, “Yok ya, xəstələnmərəm” deyirsən öz özünə, çünki qalın geyinirsən, gündə üç dəfə qidalanırsan, “a ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.