🚀 Kompüter istifadəçiləri üçün vaxta qənaət edən Ctrl qısayolları:
- Ctrl + A Bütün mətni seçir, həmçinin, bir qovluğun içində olduğunuz zaman oradakı bütün faylları seçir.
- Ctrl + B İşarələdiyiniz yazını qalınlaşdırıb "bold" tərzinə çevirir.
- Ctrl + C Yazıda işarələdiyiniz hissəni, hansısa qovluqda isə seçdiyiniz faylı kopyalayır.
- Ctrl + D Font menyusu olan pəncərəni açır.
- Ctrl + E Kursoru səhifənin mərkəzinə çəkir. Əgər yazını seçsəniz, onu səhifənin mərkəzinə çəkəcək.
- Ctrl + F Lazım olan sözü yaxud simvolu tapmaq üçün axtarış paneli açılır.
- Ctrl + G İstədiyiniz səhifəyə keçid etmək üçündür.
- Ctrl + H Bir sözü bir neçə yerdə səhv yazmısınızsa, sənəddə onların hamısını bir-bir axtarıb düzətmək yerinə, bu komandadan istifadə edərək, açılan menyuya artıq yazılmış sözü və onun doğru versiyasını yazın, avtomatik hamısını dəyişəcək.
- Ctrl + I İşarələnmiş yazını maili, yəni italic edir.
- Ctrl + J İşarələnmiş yazını səhifə boyunca sətir sonlarında boşluq qoymadan yazır (kitab səhifəsi kimi).
- Ctrl + L Yazını səhifənin sol tərəfinə çəkir.
- Ctrl + N Bununla Word-də yeni sənəd yaradır.
- Ctrl + O Yaradılmış ən sonuncu sənədləri açır.
- Ctrl + P Qeyd olunan sənədi çap etmək üçün istifadə edilir.
- Ctrl + R Yazını səhifənin sağ tərəfinə çəkir.
- Ctrl + S Yaradılmış sənədi yaddaşda saxlayır.
- Ctrl + U İşarələnmiş yazının altından xətt çəkir.
- Ctrl + W Bu, olduğunuz səhifəni bağlamaq üçün istifadə edilir.
- Ctrl + V Kopyalanmış yazını, həmçinin, hansısa qovluqda kopyalanmış faylı yapışdırmaq üçündür. (Faylı yaxud yazını seçirsiniz, Ctrl + C sıxıb, daha sonra yerləşdirmək istədiyiniz yerə Ctrl + V etsəniz, Copy-Paste edəcək.)
- Ctrl + X Seçdiyiniz yazını yaxud faylı kəsmək üçündür. Daha sonra onu da Ctrl + V ilə istəriyiniz yerə yerləşdirə bilərsiniz (Cut-Paste edir).
- Ctrl + Z Son etdiyiniz addımı geri qaytarmaq üçündür, ən son etdiyiniz dəyişikliyi ləğv edir, bir öncəki halına qaytarır.
- Ctrl + Y Ctrl + Z ilə ləğv etdiyiniz addımı geri qaytarıb bərpa edir.
- Ctrl + BACKSPACE Kursordan əvvəl gələn sözü silir.
- Ctrl + DELETE Kursordan sonra gələn sözü silir.
- Ctrl + HOME Kursoru mətnin əvvəlinə yerləşdirir.
- Ctrl + END Kursoru mətnin sonuna yerləşdirir.