Java Array-ləri (massivləri)
- Array-lər, yaxud Massivlər eyni tipdən olan çoxlu dəyişənləri saxlayan obyektlərdir. Bununla belə, massiv özü yığında (topluda) olan bir obyektdir. Qarşıda bununla bağlı daha ətraflı məlumatlar olacaq.
Java-da Enum-lar (nömrələr)
- Enumlar Java 5.0-da təqdim edildi. Enumlar, bir dəyişəni əvvəlcədən təyin edilmiş bir neçə dəyərdən yalnız birinə malik olacaq şəkildə məhdudlaşdırır. Bu sadalanan siyahıdakı dəyərlərə enumlar deyilir. Enumların istifadəsi ilə kodunuzdakı səhvlərin sayını azaltmaq mümkündür. Məsələn, təzə bir meyvə şirəsi dükanı üçün tətbiqi nəzərdən keçirsək, şüşə ölçüsünü kiçik, orta və böyük ölçülərlə məhdudlaşdırmaq olar. Bu zaman ona əmin olacaq ki, heç kim kiçik, orta və böyük ölçülərdən başqa bir ölçü sifariş verə bilməyəcək.
Bu nümunənin nəticəsi belə olacaq:
Qeyd − Enumlar özünün və ya hansısa bir sinifin daxilində elan edilə bilər. Metodlar, dəyişənlər, konstruktorlar enumların daxilində də müəyyən edilə bilər.
Inheritance (Miras)
- Java-da siniflər siniflərdən törəyə bilər. Məsələn, əgər siz yeni sinif yaratmalısınız və burada artıq ehtiyacınız olan kodlardan bəzilərinin yazılmış olduğu başqa bir sinif var. O zaman, eyni kodlardan fərqli siniflərdə istifadə etmək yerinə, artıq mövcud koddan yeni sinifinizi əmələ gətirə bilərsiniz. Bu konsepsiya, həmin kodu yeni sinifdə təzədən yazmadan öncədən mövcud olan sinfin özəlliklərindən, metodlarından təkrar istifadə etməyə imkan verir. Bu ssenaridə öncədən mövcud sinif supersinif, törəmə sinif isə alt sinif adlanır.
Interfaces (İnterfeyslər)
- Java dilində interfeys - obyektlər arasında bir-biriləri ilə necə ünsiyyət quracağına dair bir müqavilə kimi izah edilə bilər. İnterfeyslər varislik, yəni Inheritance anlayışına gəldikdə mühüm rol oynayır. İnterfeys - törəmə sinfin (alt sinifin) istifadə etməli olduğu metodları müəyyən edir. Ancaq metodların tətbiqi, həyata keçirilməsi tamamilə alt sinifdən asılıdır.
(Hər biri haqqında qarşıda ətraflı məlumat veriləcək.)