Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Zaur Bünyadzadə
  • Gladiator II – Everest dağından Marian çökəkliyinə
    Zaur Bünyadzadə
  • 421 Views
  • 15.11.2024
  • 1 min read

Gladiator II – Everest dağından Marian çökəkliyinə

Ridli Skotun karyerasının süqutu

Gladiator II – Everest dağından Marian çökəkliyinə

Film 300 milyonluq büdcəsi ilə son illərin ən bahalı layihələrindən biridir. Amma istər ssenari, istər vizuallıq, istərsə də kinematoqrafiya baxımından ciddi keyfiyyət çatışmazlığı hiss olunur. Əslində, ssenari baxımından sən deyən bir gözləntim yox idi. Çünki dağ boyda Napoleon haqqında 10 səhifəlik hekayə qura bilməyən ssenaristin qələmindən ciddi heç nə gözləmək olmaz. Filmin kütləvi döyüş səhnələrinə ümid bəsləyirdim, amma məyus oldum. Düşünürəm ki, əldəki resurslarla yaddaqalan duel xoreoqrafiyaları yaratmaq olardı. Lakin nə döyüş səhnələri, nə də arena ab-havası birinci filmdəki kimi təsirli deyil. Hətta arenanın "ən möhtəşəm" səhnəsi kimi təqdim edilən hissə daha çox absurd komediya janrına uyğundur. Bu arada, Piter Mensanı yenidən arenada görmək qəribə idi. Deyəsən, arena üçün darıxmışam. Öz aramızdır, məncə, bu filmdən 8 bölümlük ortabab bir serial çıxardı. 

Filmin ulduzu, şübhəsiz ki, Denzel Vaşinqtondur. O, roluna mükəmməl hazırlaşıb və filmin dağınıq ssenarisini sürüyərək də olsa hədəfinə çatdırmağa çalışır. Təəssüf ki, Pol Meskalın ifası haqqında müsbət bir şey deyə bilmirəm. Amma əlindəki material zay olduğu üçün vəziyyəti başa düşürəm. Ümumiyyətlə, hekayənin tempi çox axsayır, personajların motivasiyaları izləyiciyə tam nüfuz etmir. Filmi emosional baxımdan gücləndirmək üçün fleşbeklərə və Hans Zimmerin musiqisinə bel bağlayıblar. Mən filmə "IMAX"də baxdım, amma sizə məsləhət görmürəm. "Gladiator II" ilk filmin adını ləkələməkdən başqa heç nə vəd etmir. Bu film orijinal şah əsərin kölgəsində boğulur. Əminliklə deyə bilərəm ki, bu filmə baxmasanız, heç nə itirməyəcəksiniz. Amma Ridli Skotun süqutuna şahid olmaq istəyirsinizsə, bu başqa məsələdir. Bəlkə də Kolizeydə köpəkbalığı görmək sizin üçün daha maraqlı ola bilər…

Other posts

“Weapons” – Stiven Kinq və Stenli Kubrikin izindən

“Weapons” – Stiven Kinq və Ste

  • 7 Views
  • 19.08.2025
  • 2 min read
Gərginlik, mistika və unikal referanslar... ...
Public
More
Hans Zimmer və "Kəpənək effekti"

Hans Zimmer və "Kəpənək effekt

  • 22 Views
  • 06.08.2025
  • 1 min read
Zamanı və məkanı aşa bilən yeganə şey sevgidir... ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.