Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Ulduzlu Yol
  • Meymun və Qurbağanın günləri nağılı / cizgi film izlə - Azərbaycan dilində uşaq kanalı @Ulduzluyol
    Ulduzlu Yol
  • 211 Views
  • 07.06.2024
  • 2 min read

Meymun və Qurbağanın günləri nağılı / cizgi film izlə - Azərbaycan dilində uşaq kanalı @Ulduzluyol

Başlıq: Meymun və Qurbağanın günləri nağılı | Malazya nağılı | Nağıllar və Hekayələr Azerbaycan dilinde cizgi filmleri / Nagil / Hekaye / Nağıl / Hekayə / Öyrədici / Oyrədici / Usaq kanali / Uşaq kanalı / Sabah və bu gün / Sabah ve bu gun / Meymun ve qurbaganin gunleri Etiketlər: Azerbaycan sesli nagillar, nagil, guzgu nagili, dovsan ve guzgu, ayna nagili, ayna, nagillar alemi, usaqlar ucun, ushaqlar ucun nagillar, meymun ve qurbaga #uşaqlarüçün #uşaqkanalı #uşaqvideoları #cizgifilm #çizgifilm #keşfet #kesfet #azerbaycannagillari #nağıllar

Başlıq: Meymun və Qurbağanın günləri nağılı | Malazya nağılı | Nağıllar və Hekayələr

Azerbaycan dilinde cizgi filmleri / Nagil / Hekaye / Nağıl / Hekayə / Öyrədici / Oyrədici / Usaq kanali / Uşaq kanalı /  Sabah və bu gün / Sabah ve bu gun / Meymun ve qurbaganin gunleriEtiketlər: Azerbaycan sesli nagillar, nagil, guzgu nagili, dovsan ve guzgu, ayna nagili, ayna, nagillar alemi, usaqlar ucun, ushaqlar ucun nagillar, meymun ve qurbaga #uşaqlarüçün #uşaqkanalı #uşaqvideoları #cizgifilm #çizgifilm #keşfet #kesfet #azerbaycannagillari #nağıllar

Meymun və Qurbağanın günləri. Malazya nağılı

Bir dəfə yağışlı bir gündə Kra adlı meymunla Raonq adlı qurbağa ağac altında oturub soyuqdan bir-birlərinə şikayət edirdilər.

– Krrx, krrx! – deyə Kra öskürdü.

– Qur, qur, qur! – Raonq quruldadı.

Yağışda islanmaqdan lap təngə gəlmişdilər, soyuqdan da tirtir əsirdilər. Onlar öz aralarında söz verdilər ki, sabah ağac doğrasınlar, qabığından da özlərinə koma düzəltsinlər. Səhərisi elə bir gün çıxdı ki, istisi lap dağı-daşı yandırırdı. Özü də hava elə qəşəng idi ki, Kra ağacın başında oturub işıqdan və istidən həzz alırdı, Raonq isə ağacın kökünə yaxın yerdə əyləşib özünü günə verirdi.

Nəhayət Kra ağacın başından enib dedi:

– Həəə, dost, necəsən, özünü necə hiss edirsən?

– Çox gözəl! – deyə Raonq cavab verdi.

– Yaxşı, de görək ki, özümüzə koma düzəltməyə başlayaq, ya yox? – deyə Kra soruşdu.

– Eh, sən nə danışırsan! – deyə Raonq cavab verdi. – Sabah da düzəldə bilərik. İndi isti, canıma elə yayılır, mənim üçün elə ləzzət eləyir ki!

– Əlbəttə, komanı sabah da düzəldə bilərik! – deyə arsız Kra onunla razılaşdı.

Bütün günü onlar günün istisindən keyf çəkdilər. Axşam yağış başladı. O biri günü onlar yenə də ağacın altında oturub soyuqdan və rütubətdən bir-birinə şikayət edirdilər.

– Krrx! – meymun öskürdü.

– Qur, qur, qur! – qurbağa quruldadı.

Onlar yenə də qərara aldılar ki, sabah ağac kəsib, özləri üçün koma düzəltsinlər.

Ancaq səhəri yenə də elə qəşəng gün çıxdı ki, Kra ağacın başında oturub istisindən ləzzət aldı, Raonq isə ağacın kökünə yaxın bir yerdə özünü günə verdi.

Kra dünənki danışıqlarını Raonqa xatırlatdı, Raonq yenə də etiraz etdi:

– Bu cür qəşəng günü nə üçün korlayaq! Komanı sabah da düzəldə bilərik.

Eyni şey hər dəfə təkrar olurdu. Elə bu günə kimi onların işi bu yerdədir.

Kra və Raonq hələ də ağacın altında oturub yağışdan islanır, soyuqdan şikayətlənirlər:

– Krrx! Krrx!

– Qur, qur, qur!

Other posts

🐝"Arıların qəzəbi" nağılı Azərbaycan dilində cizgi filmi

🐝"Arıların qəzəbi" nağılı Azər

  • 261 Views
  • 17.01.2025
  • 4 min read
Başlıq: Arıların qəzəbi nağılı | O. Hüseynov | Nağıllar və Hekayələr Müəllif: O. Hüseynov Azerbaycan dilinde cizgi filmleri / Nagil / Hekaye / N ...
Public
More
Tülkü və Qarışqa nağılı - Azərbaycan dilində cizgi filmi

Tülkü və Qarışqa nağılı - A

  • 222 Views
  • 17.01.2025
  • 4 min read
Başlıq: Tülkü və Qarışqa nağılı | Qırğız xalq nağılı | Xalq Nağılları Müəllif: Qırğız xalq nağılı Kanaldakı digər çizgi filmləri izlə: • 🎞️ Azə ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.