Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Ulduzlu Yol
  • 🐝"Arıların qəzəbi" nağılı Azərbaycan dilində cizgi filmi
    Ulduzlu Yol
  • 213 Views
  • 17.01.2025
  • 4 min read

🐝"Arıların qəzəbi" nağılı Azərbaycan dilində cizgi filmi

Başlıq: Arıların qəzəbi nağılı | O. Hüseynov | Nağıllar və Hekayələr Müəllif: O. Hüseynov Azerbaycan dilinde cizgi filmleri / Nagil / Hekaye / Nağıl / Hekayə / Öyrədici / Oyrədici / Usaq kanali / Uşaq kanalı / Lovğa fil / Lovga fil / Meşə heyvanları / Meshe heyvanlari / Arıların qəzəbi / Arilarin qezebi Etiketlər: nağıl, nağıllar, nagil, nagillar Azərbaycan dilində nağıllar, Azerbaycan dilinde nagillar, öyrədici uşaq kanalı, oyredici usaq kanalı, Мультфильмы на азербайджанском языке, Поучительные мультфильмы на Азербайджанском языке, Azerbaijani fairy tales, Azerbaijani animated films for children, çizgi film, cizgi film, Azerbaycan masalları, Azərbaycan nağılları, fil, arı, ari, meşə #uşaqlarüçün #uşaqkanalı #ulduzluyol #nağıllar #nagillaralemi #azerbaijanfairytales #azerbaycan #azerbaijan #usaqlarucun #uşaqvideoları

Başlıq: Arıların qəzəbi nağılı | O. Hüseynov | Nağıllar və HekayələrMüəllif: O. Hüseynov

Kanaldakı digər çizgi filmləri izlə:    • 🎞️ Azərbaycan dilində cizgi filmləri   

Tiktok:  / ulduzluyol   

Instagram:  / ulduzluyol  

Azerbaycan dilinde cizgi filmleri / Nagil / Hekaye / Nağıl / Hekayə / Öyrədici / Oyrədici / Usaq kanali / Uşaq kanalı / Lovğa fil / Lovga fil / Meşə heyvanları / Meshe heyvanlari / Arıların qəzəbi / Arilarin qezebiEtiketlər: nağıl, nağıllar, nagil, nagillar Azərbaycan dilində nağıllar, Azerbaycan dilinde nagillar, öyrədici uşaq kanalı, oyredici usaq kanalı, Мультфильмы на азербайджанском языке, Поучительные мультфильмы на Азербайджанском языке, Azerbaijani fairy tales, Azerbaijani animated films for children,  çizgi film, cizgi film, Azerbaycan masalları, Azərbaycan nağılları, fil, arı, ari, meşə

#uşaqlarüçün #uşaqkanalı #ulduzluyol #nağıllar #nagillaralemi #azerbaijanfairytales #azerbaycan #azerbaijan #usaqlarucun #uşaqvideoları

*Arıların qəzəbi*

Biri var idi, biri yox idi, uzaq meşələrin birində müxtəlif heyvanlar, quşlar, böcəklər yaşayırdılar.  Meşədə ən çox işləyənlər arasında arılar var idi. Bu arılar böyük bir ağacın budaqları arasında öz yuvalarını qurmuşdular. Onlar səhərdən axşama kimi dayanmadan işləyir,  bal hazırlamaqla məşğul olurdular.

Harada çoxlu çiçək görsələr, bir-birlərinə xəbər edir, hamısı yığışıb gedib oradan bal hazırlamaq üçün çiçək tozlarını gətirirdilər.

Dostlar, bal mövsümündə hər birimiz çox çalışmalıyıq ki, qışda aclıq çəkməyək.Hə, amma son vaxtlar fil bizim ağacımızın yanında çox gəzir. Yuvalarımız dağıla bilər.

Bəli, bu meşədə  bir fil də var idi. Bu fil hələ balacalıqdan çox dəcəl idi. Hər dəfə bir heyvanla dava-dalaş edərdi. Günlərin birində də həmin bu fil meşədə xortumu ilə  bir ağacı o tərəf-bu tərəfə silkələyirdi. Ağac az qalırdı kökündən qopsun. Demə, bu ağacın budaqlarında həmin bal arılarının yuvaları varmış. Fil ağacı tərpətdikcə arıların yuvaları dağılırdı. Odur ki, arılar dedilər:

– Fil qardaş, səndən xahiş edirik ki, yuvalarımızı dağıtmayasan.

Fil dedi:

– Mən yuva-muva bilmirəm, kefim gəlib oynayıram.

Arılar dedilər:

– Ay fil qardaş, biz sənə demirik ki, oynama, get bir az da o biri ağacın dibində oyna.

Fil dedi:

– Mən heç yerə gedəsi deyiləm, bir bunların boy-buxunlarına bax, bapbalaca boyları var, gör mənə nə deyirlər.

Arılar dedilər:

– Fil qardaş, əgər sən bizim yuvalarımızı dağıtsan, biz də səni sancıb öldürərik.

Fil dedi:

– Gəlin, nə kefiniz istəyir, eləyin, sizdən qorxan yoxdur.

Arılar yuvalarına qayıdıb böyükləri ilə məsləhətləşdilər:

Fil bu dəfə təkcə yuvamızın yanında gəzmir, həm də yuvamız olan ağacı silkələyir.Bunun üçün bir tədbir görmək lazımdır.

Arıların ən qocamanaı dedi.

Doğru deyirsiz, ancaq ilk əvvəl yenə də məsələni sülh yolu ilə həll etmək lazımdır.

Belə qərara gəldilər ki, axırıncı dəfə bir də fildən xahiş etsinlər, əgər razı olmasa, onu sancıb öldürsünlər. Bu dəfə də arılar filə çox nəsihət elədilər, fil onların sözünə baxmadı. Odur ki, bütün arılar hücum çəkərək filin başına, gözünə, qulaqlarına, burnuna, ağzına, bədəninə yapışıb onu sancdılar. Bir dəqiqənin içində filin bədəni şişib dama döndü. Ağrıdan qışqırtısı aləmi götürdü, başladı qaçmağa. Fil qaçdıqca arılar da onu sancırdılar.

Fil o qədər qaçdı ki, axırda taqətdən düşüb yerə yıxıldı.

Arılar onu dövrəyə alıb dedilər:

– Fil qardaş, çox tərslik eləyib bizə meydan oxuyurdun, indi de görək halın necədir?

Fil utandığından başını qaldırmadı.

Arılar dedilər:

– Fil qardaş, sən öz gücünə arxalanıb bizi əzirdin. Özündən zəifləri əzənlərin axırı, bax belə olar.

Fil səhvini başa düşmüşdü. Düzdür bir qədər gec idi. Ancaq bu ona çox böyük bir dərs oldu.

O gündən sonra fil heç vaxt öz gücünə arxalanıb başqalarını incitməməyə qərar verdi. Arılar isə öz işlərini davam etdirib meşənin ən çalışqan sakinləri oldular.

Other posts

Tülkü və Qarışqa nağılı - Azərbaycan dilində cizgi filmi

Tülkü və Qarışqa nağılı - A

  • 186 Views
  • 17.01.2025
  • 4 min read
Başlıq: Tülkü və Qarışqa nağılı | Qırğız xalq nağılı | Xalq Nağılları Müəllif: Qırğız xalq nağılı Kanaldakı digər çizgi filmləri izlə: • 🎞️ Azə ...
Public
More
"Yeni il hədiyyəsi" nağılı - Azərbaycan dilində cizgi filmi

"Yeni il hədiyyəsi" nağılı - A

  • 162 Views
  • 17.01.2025
  • 4 min read
Başlıq: Yeni il hədiyyəsi nağılı | Tural Qafarzadə | Nağıllar və Hekayələr Müəllif: Tural Qafarzadə Azerbaycan dilinde cizgi filmleri / Nagil / He ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.