Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Sərxoş
  • Bİz Deyək Sizə - clarified milk punch / milk wash
    Sərxoş
  • 40 Views
  • 18.04.2025
  • 2 min read

Bİz Deyək Sizə - clarified milk punch / milk wash

Yəqin ki, sevdiyiniz məkanların kokteyl menyularında tez-tez “clarified milk punch” və ya “milk wash” adlarına rast gəlirsiz. Bəs milk punch və ya milk wash nədir? Busy-nin ortasında ofisiantdan soruşmuyun – BİZ DEYƏK SİZƏ

Yəqin ki, sevdiyiniz məkanların kokteyl menyularında tez-tez clarified milk punch və ya milk wash adlarına rast gəlirsiz. Bəs milk punch və ya milk wash nədir?  Busy-nin ortasında ofisiantdan soruşmuyun – BİZ DEYƏK SİZƏ

 

Bar sənayesindəki ən yeni və dəbli tendensiyalardan biri şəffaflaşdırmadır. Təsəvvür eliyin ki, qədəhdə görünüşcə adi suya bənzəyən maye əslində zəngin dad və qoxulu mürəkkəb kokteyldir. Sadəcə şəffaflaşdırılıb. Ən məşhur şəffaflaşdırma üsulu isə südlü şəffaflaşdırmadır və bu üsulla hazırlanan bütün kokteyllərə clarified milk punch deyillər. 

Bu üsul zaman-zaman trend olsa da 17-ci əsrdən var və əslində məhsulların stabilləşdirilməsi üçün düşünülüb. Hələ də qorunub saxlanan 1763-cü ilə aid Benjamin Franklinin yazdığı bir məktubda milk punch reseptinin olması üsulun nə qədər qədimi olmasına sübutdur. O vaxtın ən yayılmış distillə üsulu pot stil o qədər də ideal deyildi. Çünki məhsulun tərkibində zərərli çirklər və fusel yağları olan fraksiyalar olurdu. Sonra kəşf etdilər ki, südün tərkibindəki albumin və kazeinin köməyi ilə bədən üçün zərərli birləşmələri, çirkləri və fusel yağlarının molekullarını udmaq olur. Beləliklə milk wash filtirasiya üsulu kəşf edildi. Əgər bir az da turş hissə əlavə etsəniz süd daha tez yığılır. Ədviyyat və şəkər də əlavə etsəniz olur əməlli-başlı punş. 

 

Milk punchların tək üstünlüyü onların sehri -  yəni şəffaflığı ilə bitmir. Alkoqolun sərt və acı dadı nisbətən hamarlaşır, sərtlik azalır, digər qoxu və dadlar daha rahat üzə çıxmağa başlayır, içki daha zövqlü və içilə bilər hala gəlir. Yaxşı hazırlanmış milk punchda duzlu, şirin, turş və acıyla yanaşı umami – yəni beşinci dadı da hiss edə bilərsiniz. 

 

Milk punchların başqa bir özəlliyi isə uzun ömürlü olmalarıdır. Hazır milk punchı şüşəyə doldurub uzun müddətdə sərin yerdə saxlaya bilərsiniz. O nə xarab olacaq, nə də dad və qoxusunu itirəcək. Daha bir fakt – Çarlz Dikkensin ölümündən çox sonra onun şərab anbarından dolu milk punch şüşələri tapılmışdı və hamısı içilməyə yaralı vəziyyətdə idi

 

Milk punchların daha bir özəlliyi isə busy vaxtlarda xidməti sürətləndirməyidir. Barmen sadəcə əvvəldən hazırlanıb şüşəyə doldurulmuş milk punch-ı götürür və buzlu, soyudulmuş qədəhə tökür. Kokteyl hazırdır

Other posts

Mojito kokteylinin tarixi, hekayəsi və hazırlanma qaydası

Mojito kokteylinin tarixi, hek

  • 25 Views
  • 27.04.2025
  • 3 min read
Bu buraxılış barmenlərin nifrət etdiyi amma çox populyar, IBA tərəfindən müasir klassika kateqoriyasında rəsmi təsdiqlənmiş Moxito kokteylinin tarixi, ...
Public
More
Negroni kokteylinin tarixi, hekayəsi və hazırlanma qaydası

Negroni kokteylinin tarixi, he

  • 58 Views
  • 14.04.2025
  • 2 min read
Bu buraxılış “Unudulmazlar” qrupunda İBA tərəfindən rəsmi təsdiqlənmiş klassik kokteyl Neqronin tarixi, hekayəsi və hazırlanma qaydası haqqdadır. N ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.