Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Royal Aliyev
  • Ruhunuzun dincəldiyi ev və Gürcüstanın İsveçrəsi
    Royal Aliyev
  • 610 Views
  • 27.07.2023
  • 2 min read

Ruhunuzun dincəldiyi ev və Gürcüstanın İsveçrəsi

Könlümə xəngəl, nataktari pivəsi, borjomi suyu düşdü dedim bir Gürcüstana baş çəkim ✈ 😉

Ruhunuzun dincəldiyi ev və Gürcüstanın İsveçrəsi

Gürcüstan Borjomi şəhəri sizə yad deyil təbii ki, lakin getməyənlər və sadəcə qulaqdan-qulağa eşidənlər üçün məlumat olsun.

🌲🏠 🌳 MERETİ guest house

Borjomi bir yana orada qaldığımız ev bir yana sözün əsl mənasında. Bir ev bu qədər mi insanı gəzdirər və özünə çəkər?! Mənzərəsi sizə bütün Borjomini gəzdirir və gözünüzü zəngin yaşıllıqla bəzəyir. İnsanın mənəvi komfort almaması əldə deyil, insan mexaniki davam edən həyatında, özünü belə mükafatlandırmaqla mütəmadi olaraq anı yaşamalıdır.

Ev gürcü bir ailənindir və evin 2 və 3-cü mərtəbəsi tursitlərə təklif olunur. Booking.com-dan bron edə bilərsiniz. Biz dağ mənzərəli hissəsini (3-cü mərtəbə) rezerv etmişdik və 2 nəfər üçün 2 gecəsi üçün cəmi 122 GEL (lari) ödədik. Şəhər daha cazibədar görünür balkondan. Yalan olmasın günümüzün böyük hissəsini demək olar balkonda oturub sadəcə mənzərəyə baxaraq çay, portağal şirəsi, şərab içməklə keçib 🥂

🚍Tiflis - Borjomi / Didube avtobus stansiyası / 10 GEL

İstəyə uyğun olaraq Borjomidən Bakuriyaniyədə getmək olar / avtobus / 5 GEL

🏊‍♂️ Aktivitelər balaca şəhər olmağına baxmayaraq kifayət qədərdir. 2 günə normal vaxt keçirmək olar. Mənim ən xoşuma gələn əyləncə kükürd hovuzları oldu. Həmin hovuzlara maşınlada getmək olar meşənin içərisi ilə amma mərkəzi parkdan piyada 3km getməklə zövq ala bilərsiz. Fisunkar, sütunvari, əzmkar görünən ağaclardan və çaydan ibarət meşə ilə piyada getməyi tövsiyyə edirəm. Giriş 5 GEL-dir.

Kükürd hovuzları - ortalama istiliyi 32-38 C ° -dir. Ağrıkəsici təsir göstərir. Dəri, ürək-damar və endokrin sistemi, onurğa və periferik sinir sistemi üçün çox faydalıdır.

🚠 Kanatdan istifadə edərək Borjomiyə quşbaxışı səyahət edə bilərsiz, çox gözəldir, tövsiyyə edirəm. One-way gediş səhv etmirəmsə 3-5 GEL idi, dəqiq yadımda qalmayıb. Kanatın sizi çıxardığı meşədə offroad maşınlar kirayə götürə bilərsiz, 2 nəfərlik 1 saatı səhv etmirəmsə 40 GEL və 4 nəfərlik 100 GEL-dən başlayırdı qiymətlər.

Gallery Images
Gallery Images
Gallery Images
Gallery Images
Gallery Images
Gallery Images
Gallery Images
Gallery Images
Gallery Images
Gallery Images

Other posts

Hər şeyi geridə qoy və əylən!

Hər şeyi geridə qoy və əylən!

  • 385 Views
  • 07.08.2024
  • 2 min read
Fərqli həyatları tanımaq sizin həyatınızı asanlaşdıracaq ...
Public
More
Səyahətə yeni başlayanlar

Səyahətə yeni başlayanlar

  • 646 Views
  • 29.07.2023
  • 4 min read
✍️ Səyahətə yeni başlayanlar və zövqlə gəzərək xatirələr yaradacaq səyahətlərə üstünlük verənlər üçün tövsiyyə 🏖 ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.