Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Royal Aliyev
  • Hər şeyi geridə qoy və əylən!
    Royal Aliyev
  • 386 Views
  • 07.08.2024
  • 2 min read

Hər şeyi geridə qoy və əylən!

Fərqli həyatları tanımaq sizin həyatınızı asanlaşdıracaq

Hər şeyi geridə qoy və əylən!

İspaniya elə bir ölkədir ki, onun fərah və ürəkaçan coğrafiyası addım atdığınız andan etibarən insanların bədən dilində, davranışlarında və ambiansından bunu çox rahatlıqla hiss etməmək mümkün deyil. Portağal çiçəkləri ilə ətirlənən bu ölkə hər addımında sizi limon və portağalın o al əlvan rəngləri ilə qarşılayır, flamenqo rəqsləri göz oxşayır, o insanların enerjisi o qədər qayğısız və yüksəkdir ki, heç bir zirvə ona çata bilməz, sonsuz bir eyrafiya var sanki, ilahi. Onlar bunu o qədər təmənnasız edirlər, o qədər içdən və natural. Gitara ifası səslənir bir yerlərdən və sadəcə oturub dincələn bir xanım yerindən durur və başlayır oynamağa və onun  bu səriştəsini alqışlayan insanlar. İnsan necə qocala bilər ki burada?! Badam şərbətli xüsusi şirniyyatlarınında dadından nəqədər danışsam azdır. İnsana necə xoşbəxtlik verir bu dad ilahi! Bilirsiz, biri var xoşbəxt doğulmaq, biri var xoşbəxt olmağa çalışmaq. Bu millər xoşbəxt doğulub, bir mənalı. İspaniyanın Əndəlus zonası barədə saatlarla danışa bilərəm. Ərəb naxışları olan bu zona mütləq şəkildə hərtərəfli gəzilməlidir. Sevilyası, Rondosu, Malagası, Cadizi və s. bir çox kiçik şəhərciklər, qəsəbələr, kəndlər. Malagadakı Əl-Həmbrə sarayı o qədər valehedicidir ki, sarımsaq aromatlı zeytun və sangriyanın müşayiəti ilə onun şəhəri işıqlandıran qamətli divarlarının tarixiliyini, əzəmətini görən zaman insan həyata daha bağlanır. Adamı o dərəcə o mühit və mənzərə xoşbəxt edir. Ölkəsi varlı olmayan bu gözəlim və mutluluk hormonu ilə alışan cəmiyyət insana o qədər yüksək enerji bəxş edir. Mənim insan çoxluğu olan şəhərlər prioritetim deyil düzü, amma İspaniyanın Sevilyası buna qalib gəldi, mən hələ bu qədər izdihamlı şəhər görməmişdim ilahi. İzdiham mənə o qədər zövq verirdi ki, yəni rəngli geyimlər, gülərüz insanlar, bəzən küçənin tinindən çıxan kostyumlu (burokratik tip) kişilər, gitara ifaları ilə küçədə rəqslərə səbəb olan musiqiçilər, qoxusu bir başqa, dadı tamam başqa olan Paellaaaaa, mən vuruldum bu yerli ispan yeməyinə. Ədviyyatlı düyü və dəniz məhsulları, eşq məhəbbət. Deməli, Malaganın yaxınlığında çoxsaylı çimərliklər var sahilanı şəhər olduğu üçün. Amma bunların ən gözəli və eləcə də, Avropanın balkonu hesab edilən Nerja şəhəri var. Mütləq 1 günlük baş çəkmək lazımdır. Çox fresh hisslər bəxş edən yerdir (balkondan foto əlavədədir).

Other posts

Səyahətə yeni başlayanlar

Səyahətə yeni başlayanlar

  • 646 Views
  • 29.07.2023
  • 4 min read
✍️ Səyahətə yeni başlayanlar və zövqlə gəzərək xatirələr yaradacaq səyahətlərə üstünlük verənlər üçün tövsiyyə 🏖 ...
Public
More
Bohinj - təəssüratlarımın ən ümdəsi

Bohinj - təəssüratlarımın ən ü

  • 718 Views
  • 27.07.2023
  • 1 min read
Sloveniya səyahətimin sonuncu təəssürat dayanacağı Bohinj gölü ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.