Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Royal Aliyev
  • Avropanın kofe şəhəri Triesta!
    Royal Aliyev
  • 615 Views
  • 25.07.2023
  • 2 min read

Avropanın kofe şəhəri Triesta!

Əgər bir kofemansızsa və ya Sloveniyadan 1 günlük yaxın və münasib qiymətə harasa getmək istəyirsizsə, o zaman Trieste doğru seçim ola bilər.

Avropanın kofe şəhəri Triesta!

☕️ 🇮🇹 Trieste, İtaliya 🇮🇹 ☕️

Mərmər masaların çuqun postamentlərlə dəstəkləndiyi Caffè San Marco-nun astanasını keçəndə təzə dəmlənmiş qəhvənin kəskin ətri havada fırlanır, burnumu doldurur. Müştərilər taxta piştaxtanın üstünə düzülür, qaşıqlar onların keramika espresso fincanlarına cingildədiyi üçün qəhvələrindəki şəkəri dəfələrlə qarışdırırlar. Səslər kofeinli içkiləri bir-birinin ardınca çıxaran qəhvə maşınının gurultusu, uğultu və fiti ilə boğulur: caffè macchiato, espresso, cappuccino. Onun sakinlərinin İtaliyanın başqa yerlərindən iki dəfə çox qəhvə içdikləri deyilir.

Bəli, söhbət İtaliyanın kofe şəhəri - Triestedən gedir.

Əgər bir kofemansızsa və ya Sloveniyadan 1 günlük yaxın və münasib qiymətə harasa getmək istəyirsizsə, o zaman Trieste doğru seçim ola bilər. Burada ən çox içilə kofe hər masada, hər kofe evində gördüyüm qədərilə cappucino makinato idi. Südlü kofeni heç sevmirəmdə 🙃 Qiymətlər yaxşıdır:

Kofe standart olaraq: 2-4 euro

Nəqliyyat: Daily ticket 3.10 euro, one way isə cəmi 1.20 euro

Trieste, Avstriya-Macarıstan İmperiyasının hər yerində, xüsusən Vyanada qəhvə evlərini təmin etmək üçün dünyanın müxtəlif yerlərindən qəhvə plantasiyalarından müxtəlif qəhvə növləri alırdı və Aralıq dənizində ən mühüm qəhvə ticarəti məhz burada həyata keçirilirdi. Qəhvə içmək məşhur əyləncəyə çevrildi və Caffè San Marco kimi tarixi yerlər ziyalıların, yazıçıların və siyasətçilərin fikir mübadiləsi aparmaq və yaradıcılıqlarını stimullaşdırmaq üçün görüş nöqtəsinə çevrildi. İrlandiyalı yazıçı və şair Ceyms Coys 10 ildən artıqdır ki, bu şəhəri öz evi adlandırıb – o, “Dublinlilər” və “Rəssamın gənclik portreti”ni məhz burada qələmə alıb.

Gəziləsi yerlər təəssüf ki, çox deyil, lakin çimərliyin dadını çıxarmaq olar 😄

- Castello di Miramare

- Canale Grande

- Teatro Romano

- Piazza del'Unita

Burada bir qəşəng küçə var, çox qaynar olur və əsasən yaşıllıqdır, Cesare Battisti küçəsi. Restoranlarla doludur. Caffe San Marco bu küçədən qabaqdadır, 1914-cü ildən bəri fəaliyyət göstərir amma ki kofelərindən xüsusi bir dad ala bilmədim, Triestadakı digər kofe məkanlarıyla eynilik təşkil etdi mənim üçün.

QEYD:

Flixbus: Ljublana-Trieste-Ljublana | 18 euro

Visa: Multi C visa, Avstriya (4-cü dəfədir)

Gallery Images
Gallery Images
Gallery Images
Gallery Images
Gallery Images
Gallery Images
Gallery Images
Gallery Images
Gallery Images
Gallery Images

Other posts

Hər şeyi geridə qoy və əylən!

Hər şeyi geridə qoy və əylən!

  • 512 Views
  • 07.08.2024
  • 2 min read
Fərqli həyatları tanımaq sizin həyatınızı asanlaşdıracaq ...
Public
More
Səyahətə yeni başlayanlar

Səyahətə yeni başlayanlar

  • 760 Views
  • 29.07.2023
  • 4 min read
✍️ Səyahətə yeni başlayanlar və zövqlə gəzərək xatirələr yaradacaq səyahətlərə üstünlük verənlər üçün tövsiyyə 🏖 ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.