Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Royal Aliyev
  • Adriatikin sahillərindən salamlar!
    Royal Aliyev
  • 410 Views
  • 25.07.2023
  • 2 min read

Adriatikin sahillərindən salamlar!

Adriatikin sahillərindən salamlar!

Sizə danışım Balkan səfərimizdən, özüdə elə belə yox, babat keçən 11 gündən. Əsasını şəlalələr ölkəsi Xorvatiya təşkil edən səfərin yolu əsasən Bosniya i Hersoqavinadan keçdi. Çoxlu şəhər, qəsəbə və kəndlər gəzdik. Yam-yaşıl Bosniyadan daxil olduq və Xorvatiyanın ekzotik Adriatik sahilləri ilə gəzə-gəzə fərqli və bir o qədər zövqlü atmosferlər kəşf etdik. Dəniz, qum və ekzotika üçün kəsinliklə Xorvatiyanın sahilyanı şəhərləri və kiçik qəsəbələrini tövsiyyə edirəm. Xorvatiya mənasız bahalı ölkə olsa da, gəzməyə DƏYƏR.

🚗 Biz 4 dost maşınla səyahət etdik. Avtomobil ilə səyahət edirsizsə, təbii ki, 10-0 irəlisiz, özüdə 100 km üçün 4-5 L yanacaq yandırırsa 😄

🏖 Xorvatiyadan Zadar, Split, Trogir, Primoşten, Omiš və hərkəsin sevimlisi, Game of Trones-un ev sahibliyini edən Dubrovniki və Milli (şəlalələr) parklardan, məşhur Plitvica (giriş 35 euro) və Krka (40 euro) parklarına baş çəkdik. Plitvicaya verilən 35 euro artıqlaması ilə dəyər, lakin Krka isə qiymətinə qəti şəkildə uygun deyildi. Plitvicanı gəz-gəz bitmir. Təsəvvür edin ki, hələ sürətli gəzməklə 5 saata çıxdıq parkdan. Krka isə 10 eurodan artıq verməzdim, 1-2 saata tam bitir gəzinti.

🇭🇷 Xorvatiyada gəzdiyimiz bütün şəhərlərin old town-nunu çox bəyəndim, amma ən zövq aldığım Splitdəki oldu, fərqli aurası var idi. Roman forum isə möhtəşəm idi. Primoşten qəsəbəsi və Dubrovnikdəki Blaja çimərliyi isə əla idi. Zadarda sahildə dalğaların sahilə toxunmağı ilə səslənən musiqini mütləq dinləməlisiz. Mükəmməl incəsənət və mühəndislik harikası..

🇧🇦 Bosnia i Hersoqavina haqqında isə onu deyə bilərəm ki, ölkənin başdan başa yaşıllığına söz ola bilməz. Büdcəli və passiv istirahət üçün çox uygun yerdir. Jajce şəlaləsinə və Uno milli parkına mütləq baş çəkin. Qaldığımız evlərin mənzərələri elə adamı gəzdirirdi. Çölə çıxmağa ehtiyac yox idi.

Uno milli parkında, Uno çayında 16 km-lik və təxminən 5 saatlıq çox dəli-dolu raftinqimiz oldu. Raftinq üzrə rəhbərlər çox ürəy insanlar idi. Gur yağışda qaldıq düz çayın ortasında sakitcə, bunun necə zövqlü olduğuni sözlərlə ifadə etməyim çooox çətindir. Ümumilikdə çox əyləncəli oldu.

1 nəfər üçün qiymət 45 euro (DƏYƏR)

Gallery Images
Gallery Images
Gallery Images
Gallery Images
Gallery Images
Gallery Images
Gallery Images
Gallery Images

Other posts

Hər şeyi geridə qoy və əylən!

Hər şeyi geridə qoy və əylən!

  • 437 Views
  • 07.08.2024
  • 2 min read
Fərqli həyatları tanımaq sizin həyatınızı asanlaşdıracaq ...
Public
More
Səyahətə yeni başlayanlar

Səyahətə yeni başlayanlar

  • 686 Views
  • 29.07.2023
  • 4 min read
✍️ Səyahətə yeni başlayanlar və zövqlə gəzərək xatirələr yaradacaq səyahətlərə üstünlük verənlər üçün tövsiyyə 🏖 ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.