Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Hüseyn Qəhrəmanov
  • Olmadı!
    Hüseyn Qəhrəmanov
  • 327 Views
  • 02.10.2024
  • 2 min read

Olmadı!

"Olmadı" da ya cəzadır, ya da səbri öyrənmək üçün vəsilə

Olmadı!

Əsgər getməyimə təxminən 2-3 gün qalmışdı. Adət üzrə əsgər gedəcək olan şəxsin dostları onun yanına yığılır və bu son günləri onunla birlikdə keçirir. Mənim də dostlarım yanıma yığılmışdı. Gəzir, söhbətləşir, yeyib-içir, deyib-gülürdük. Dostlarımdan biri olan Cəmil də yanımda idi. Həmin vaxt bizə danışdığı lətifəni indi sizinlə bölüşürəm. Dedi ki,-Bir lətifə var, bu lətifəyə ancaq əsgərlik çəkmiş insanlar gülür.

Ardınca dalətifəni danışmağa başladı:

"Günlərin bir gün oğul əsgərlikdən qayıdır və yorğun olduğunu bildirir. Atası ona irad tutur:

-Əşşi, bəsdir görək. Əsgərlikdir də. Nəyə yorulmusan yalandan?! 

Oğul atasına baxır, baxır nə deyir: 

-Ata, zəhmət olmasa, mənə bir stəkan çay gətir, danışacam.

Ata gedir və çayı gətirir. Oğlunun yanına çatanda oğlu deyir ki, -Olmadı!.."

Mən elə onda da bu lətifəyə gülmüşdüm, ancaq indi əsgərlikdəyəm və lətifənin daha yaxşı başa düşürəm.

Bir çox insanın zəif yeri səbirsiz olmasıdır. Səbirsizlik problem yaradan bir xüsusiyyətdir. Hər kəsin mütləq şəkildə aradan qaldırması gərəkən bir şeydir. "Olmadı" insana səbr öyrədir. Bardağın yarı boş, yarı dolu məsəli kimi "Olmadı" da ya cəzadır, ya da səbri öyrənmək üçün vəsilə. 

Bəs nədir bu danışdığımız "Olmadı"? Komandanın düzgün yerinə yetirilmədiyini bildirən, həmin komandanın yəqin ki, təkrarən veriləcəyi xəbərdarlığını edən, ən əsası və çətini isə komandadan əvvəlki halda qayıtmağı əmr edən komandadır. Loru dildə sizə izah edim. İki nəfərsiniz və qarşınızdakı insan sizi yanına çağırır. Sizin ona çatmağınıza 3-5 addım qalmış "olmadı" deyir və siz gəldiyiniz yerə qayıdırsınız. Sonra yenə çağırır, yenə "olmadı" deyib qaytarır. Belə-belə onlarla dəfə bu prosedur davam edir. Dözən səbrli, dözməyən isə "nevroz" olur. Hərb işinin ən sevdiyim yanı insanı həm də xarakter nə xüsusiyyətcə möhkəmləndirir.

Təsəvvür edə bilirsiz, işıqfor sizə yaşıl yanır, siz yolun yarısına çatmamış sizə qırmızı olur və siz dəfələrlə bu anı yaşayırsınız?!

                                                                                                                     Son...

 

Qəhrəmanov Hüseyn

Əlaqə: 0708663812

İnstagram: qahramanov.huseyn

Other posts

Döyüldüm

Döyüldüm

  • 152 Views
  • 18.03.2025
  • 8 min read
Qorxurdum ki, titrədiyimi görsələr, qorxduğumu düşünərlər. Ancaq mən niyə titrədiyimi bilirəm. Orda yaranan ani təhlükə qarşısında bədənim həyatda qal ...
Public
More
Ağsaqqal

Ağsaqqal

  • 225 Views
  • 22.02.2025
  • 9 min read
Nərmin bütün bunları eşidirdi. Birdən dərk etdi ki, onun həyatı əllərindən alınmaq üzrədir. Son şansı bu idi. Cəld qonaq otağına keçib “İstəmirəm!” qı ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.