Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Pünhanə Pənahova
  • Palindrom ədədlər
    Pünhanə Pənahova
  • 257 Views
  • 26.11.2023
  • 1 min read

Palindrom ədədlər

Minbirgecə nağıllarındakı 1001-in nə olduğunu bilirsən?

Salam, dostum.

İnsan ətrafındakı xaosda qayda axtarmağı sevir, ona görə də simmetrik nə isə görəndə ona xoş gəlir. Riyaziyyat tərəfdən buna baxaq və palindrom ədədlərə nəzər salaq :)

“Riyaziyyat nizamı, simmetriyanı və limitləri ortaya qoyur və bunlar gözəlliyin ən möhtəşəm formalarıdır.”

121, 8228, 737, 42699624, 123454321, Minbir Gecə Nağıllarındakı “1001”…. Bu ədədlər ilk baxışdan mənasız görünə bilər, amma soldan və sağdan oxuyanda eyni ədəd olduqlarını görə bilərik. Belə ədədlər palindrom ədədlər adlandırılır.

İstənilən ədəddən palindromik ədəd yaratmaq mümkündür. Etməli olduğumuz tək şey palindrom əldə edənə qədər ədədin özünün üzərinə ədədin tərsini (yəni rəqəmləri tərs ardıcıllıqda yazılmış ədədi) əlavə etməkdir. Məsələn, 23 + 32 = 55 . 55 bir palindromdur. Əgər 75-i götürsək, 75 + 57 = 132, 132 + 231 = 363. Palindroma 86-dan başlayaraq eyni şəkildə üç addımda gələ bilərik. 86 + 68 = 154, 154 + 451 = 605, 605 + 506 = 1111.

Musiqidə də palindromlara da rast gəlirik. Mozart-ın “Spiegelkanon” və Paul Wetzger-in “Zwei Musikalische Scherze” notlarının düzülüşü baxımından palindromdur.

Sən necə xaosda qayda axtarmağı sevib Platonun “Ageometretos medeis eisito!” fikri ilə razısan ?

Other posts

Duyğusal yoxsa düşünən beyin

Duyğusal yoxsa düşünən beyin

  • 252 Views
  • 26.11.2023
  • 4 min read
Beyin yoxsa ürək? ...
Public
More
Riyaziyyat - Dünyanı anlamağın gözəl yolu

Riyaziyyat - Dünyanı anlamağın

  • 272 Views
  • 23.11.2023
  • 2 min read
Riyaziyyata fərqli dünyadan baxaq. Elminiz bol olsun) ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.