Sükut, yaxud səssizlik spiralına əsasən, insanlar fikirlərinin hamıya uyğun olmadığını düşünəndə susmağa meylli olurlar. Təcrid edilmə qorxusu onları susdurur.
Məsələn sən nifrət etdiyin filmin hamı tərəfindən sevildiyi bir qrupdasan. Filmə qarşı mənfi fikir bildirərsən, ya susarsan?
Sükut spiralı səbəbilə biz, əsasən, susmağı seçirik ki, başımız sakit olsun. Amma biz susaraq həmin qrupda o filmdən nifrət edən ikinci şəxsin də susmağına səbəb oluruq.
Yəni spiral sonsuz davam edir.
Ətraflı:
Sistem necə işləyir?Səssizlik spiralının iş forması sadə, lakin güclüdür.
Bir fikir səs-küy salır və biz — oxucular, dinləyicilər, auditoriya bunun əksəriyyətin fikri olduğuna inanırıq. Fikirlə razılaşmırıqsa belə, kənar qalmamaq, təcrid olunmamaq üçün razılaşırıq kimi göstəririk. Zaman keçdikcə bu susqunluq hakim rəyi daha da gücləndirir və digər perspektivlər arxa plana keçir (Noelle-Neumann, 1984).
Hər gün məruz qaldığımız media bunu edənlərin başında gəlir. Media liderləri, saytlar, jurnalistlər, ictimai fiqurlar müəyyən hekayələri və fikirləri irəli sürərək hər kəsin eyni şəkildə düşündüyü illüziyası yaradırlar. Bu, tənqidi səsləri susdurur, müxtəlif perspektivlərin eşidilməsini çətinləşdirir.
Beləliklə, dominant fikir zərərli olsa belə, ona qarşı çıxmırıq.
Sosial media illüziyasıSosial media guya ki, hər kəsə platforma verir, bütün səsləri dinləyir, hə? Əslində, bu məsələ bir az qarışıqdır. Bəli, səsləri gücləndirir, amma həm də əks-səda kameraları yaradır. Susmaq həmişə qızıl deyil. Alternativ səslər əskik olduqda, vacib perspektivləri eşitmir və anlayışları tam anlamırıq.
Susmaq həmişə qızıl deyilMəsələn xüsusilə, “Instagram” səhifələrində yeni trend çıxıb: “X”də yazılmış tvitləri skrinşot edib paylaşmaq. Bu, elə bir trenddir ki, skrinşot edilib “Instagram”da paylaşılan bütün tvitlər “əhəmiyyətli” görünür. Amma heç də hamısı elə deyil.
Həmin skrinşotları paylaşanlar spiralın başlanğıc nöqtəsini qoyurlar. Tvitin mənasız olduğunu bildirməyən hər bir oxucu isə bunu düşünən digər oxucuların da fikir bildirməməyinə səbəb olur.
Zənciri qır, spiraldan çıxSpiralı sındırmaq üçün bütün fikirlər üçün təhlükəsiz icmalar yaratmalıyıq. Söhbət qorxunun yox, danışmağın təşviq edildiyi mədəniyyəti təbliğ etməkdən gedir.
Media savadlılığı isə əsasdır — medianın fikirlərimizi necə formalaşdırdığını bilmək bizə spirala qarşı çıxmağa və müzakirələri hər kəsə açıq saxlamağa kömək edir (Matthes, Knoll & von Sikorski, 2018).
Danış və dinləSəssiz qalmaqla və ya hamının bizimlə razılaşdığını fərz etməklə biz — hamımız spiralın bir hissəsi olmuşuq. Daha diqqətli olmağın vaxtıdır.
Əmin olmalıyıq ki, yalnız ən yüksək səslərin deyil, bütün səslərin qəbul olunduğu dialoqu təşviq edirik.
Sükut spiralı güclüdür, amma onu sındırmaq gücümüz var.Danışın, başqalarını dinləyin və medianın bizə necə təsir etdiyindən xəbərdar olun (Noelle-Neumann, 1984; Petersen, 2017).
Mənbələr- Noelle-Neumann, E. (1984). The Spiral of Silence: Public Opinion, Our Social Skin. University of Chicago Press.
- Matthes, J., Knoll, J., & von Sikorski, C. (2018). The “spiral of silence” revisited: The influence of spiraling processes on the mass-mediated discussion of public issues. Communication Theory, 28(3), 297–314.
- Petersen, T. (2017). Democracy and the Spiral of Silence. Political Communication Journal.