Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Maşının nəbzi | Pulse of a Machine
  • Mediadakı qərəzi bu 5 üsulla ifşa et
    Maşının nəbzi | Pulse of a Machine
  • 145 Views
  • 08.02.2025
  • 3 min read

Mediadakı qərəzi bu 5 üsulla ifşa et

Postu “Instagram”da gör: https://www.instagram.com/p/DD1WeAJOjyt

Mediadakı qərəzi bu 5 üsulla ifşa et

Mediada niyə qərəz olsun ki?

Siz sadəcə informasiya və xəbər istehlak etdiyinizi düşünürsünüz? Yenidən düşünün. Əslində, hamımız qərəzli mina tarlasında o yana — bu yana gedirik. Bizə heç ANAMA da kömək edə bilməz.

Gəlin xəbər lentinizdəki gizli qərəzləri deşifrə edək. Bu postun sonunda hamımız qərəz detektivi olacağıq. İnanmırsınız?

Qərəzlərin növləri

Elə bilirdiniz bir dənədir, hə? Deyil, təəssüf ki.

Qərəz:- Etinasızlıq səbəbilə;- Mənbələri seçərkən;- İnformasiyanın mövzusunu qərarlaşdırarkən;- İnformasiyanın yerləşdirildiyi yeri müəyyən edərkən;- İnformasiyanı əhatə edən şəxs və qurumlara etiket vurarkən yarana bilir.

Media qərəzini necə tanımalısan?

Hər hekayənin bir nəql edəni var.

İplər kimin əlindədi? Böyük korporasiyaların, siyasi mərkəzlərin, yoxsa pullu media maqnatlarının?

Xəbərin arxasında kimin olduğunu başa düşmək onun niyə və nə cür yazıldığını aşkar edə bilər.

  1. Bunun üçün sual verməklə başlamalıyıq: bu xəbərdən kim qazanır?

Söz müharibəsi və balans

Söz həm silah olur, həm qalxan.

2. Güclü emosiya yaradan, hansısa tərəfə çəkən, mübaliğəli sözlər istifadə edən jurnalisti və media qurumunu bir daha sorğulamalıyıq.

3. İnformasiyanı oxuduqca öz-özünüzə soruşun, burada haqqında danışılan tərəflərin hamısına balanslı şəkildə yer verilib? Çünki təktərəfli informasiya tam bir qırmızı bayraqdır ha.

Söz kimindir?

4. Mediadakı qərəzi tanımağın bir digər yolu kimlərə səs verdiyini göstərməkdən başqa kimlərə səs vermədiyinə baxaraq da ifşa olur.

Stereotipikləşdirən və ya həddən artıq sadələşdirən sözlərə diqqət yetirin — media qərəzlərə etiraz etməlidir, onları gücləndirməməlidir.

Bildiyiniz kimi, ölkəmizdə qərəzləri və nifrəti gücləndirən jurnalistlər çoxdur.

Vizuallar

5. Bəzən yazılı halda inanmayacağımız xəbərə sırf şəkil və videosuna görə inanırıq, yaxud qərəzini görmürük. Vizuallar oxucunun qavrayışlarına təsir göstərmək üçün istifadə oluna bilər. Hətta vizualın ümumi ab-havası da qərəz yaradır.

Məsələn: bir siyasətçini böyük, şən izdiham içərisində göründüyü şəkil ilə tək və depressiv göründüyü vizual çox fərqli emosional və qərəzli fikir çatdıra bilər.

Qərəz detektivi sənsən

Bilirəm, bizə ancaq deyirlər ki, “ortastatistik azərbaycanlı bu bayağı verilişləri istəyir!”, amma sən tənqidi media istehlakçısı ola bilərsən.

Bizə təqdim edilən qərəzlər üzərində düşün. Bu gündən etibarən xəbərləri analiz edərək istehlak et, qərəzi göydə tut.

Bir qərəzli xəbəri hekayəndə paylaş, bizi tag et. Gəl bu mediaya keyfiyyətli məzmunlara layiq olduğumuzu sübut edək.

Postu “Instagram”da gör: https://www.instagram.com/p/DD1WeAJOjyt

Other posts

7 günlük sosial media detoksu İŞDƏFTƏRİ

7 günlük sosial media detoksu

  • 135 Views
  • 08.02.2025
  • 1 min read
🔖 “maşının nəbzi” media təşəbbüsü çox böyük həyəcan və həvəslə sizinlə “7 günlük sosial media detoksu” PDF-ni bölüşür. ...
Public
More
2024-cü ilin sözü: beyin çürüməsi

2024-cü ilin sözü: beyin çürüm

  • 274 Views
  • 17.12.2024
  • 2 min read
Sosial mediada saatlarla aşağı, yuxarı, sağa, sola sürüşdürməyin zərərsiz olduğunu düşündüyümüz zaman Oksford Universiteti ilin sözü olaraq “beyin çür ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.