Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
İlmark
  • “Heç vaxt gec deyil” deyən adam
    İlmark
  • 29 Views
  • 25.01.2026
  • 1 min read

“Heç vaxt gec deyil” deyən adam

Colonel Harland Sanders dünyada tanınan KFC brendinin qurucusu və eyni zamanda əzmkarlığın simvoludur. Onun həyatı göstərir ki, uğur təkcə gənclərə aid deyil. Əsl uğur, dəfələrlə yıxılıb yenidən qalxanların payına düşür.

“Heç vaxt gec deyil” deyən adam

Harland Sanders 1890-cı ildə ABŞ-da anadan olub. Atasını erkən yaşda itirdiyi üçün gənc yaşlarından işləməyə məcbur qalıb. O, müxtəlif dövrlərdə fermer, yanacaqdoldurma məntəqəsi işçisi, aşpaz, sığorta agenti kimi saysız-hesabsız işlərdə çalışıb. Lakin bu işlərin heç biri ona arzuladığı həyatı verməyib.

Sanders-in həyatı mətbəxdə dəyişməyə başlayır. Özünəməxsus 11 ədviyyatdan ibarət gizli resepti ilə hazırladığı qızardılmış toyuq qısa müddətdə məşhurlaşır. Lakin maddi çətinliklər və yol dəyişikliyi onun restoranını bağlamağa məcbur edir. Bir çoxları üçün bu son olardı amma Sanders üçün yox.

65 yaşında, cüzi pensiya pulu ilə Sanders qapı-qapı gəzərək reseptini restoran sahiblərinə təklif etməyə başlayır. Dəfələrlə rədd cavabı alır. Amma nəhayət, ilk razılaşma baş tutur. Beləcə, KFC françayzinq modeli ilə böyüməyə başlayır.

Sanders-in əzmi və səbrinin nəticəsində KFC qısa zamanda ABŞ-ni, daha sonra isə bütün dünyanı əhatə edən bir brendə çevrilir. Onun ağ kostyumu, qalstuklu görünüşü və ağ saqqalı KFC-nin simvoluna çevrilir.

O, sübut etdi ki, yaş, keçmiş uğursuzluqlar və maddi çətinliklər insanı dayandırmamalıdır. Əsas olan inanmaq, çalışmaq və son ana qədər vaz keçməməkdir.

Colonel Sanders-in hekayəsi motivasiya deyil  canlı sübutdur. Əgər bu gün hər şey çətin görünürsə, bəlkə də sənin ən böyük uğurun hələ qabaqdadır.

Other posts

Gordon Moore & Robert Noyce – Intel ilə texnologiyanın beynini quranlar.

Gordon Moore & Robert Noyce –

  • 45 Views
  • 31.01.2026
  • 1 min read
Onlar kompüterlərin gələcəyini əvvəlcədən gördülər. Bir çip ilə bütün texnologiya dünyasının sürətini dəyişdilər. ...
Public
More
İnternetdəki xaosu gördülər və pula yox, bir problemə fokuslandılar.

İnternetdəki xaosu gördülər və

  • 35 Views
  • 31.01.2026
  • 1 min read
Larry Page & Sergey Brin – Google ilə informasiyanı dünyaya açanlar ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2026 a BONPARA project. All rights reserved.