Yazmaq…
Bəzən içimizdən keçənlər, bəzən günlük planlarımız, gündəliyimiz, səyahətlərimiz boyunca və ya hər hansı bir şey öyrəndiyimiz zaman götürdüyümüz qeydlər, yolda anidən ağlımıza gələn fikirlərdir yazmaq..
Yazmaq, demək olar ki, hər gün həyatımızın əvəzedilməz parçasına çevrilib və bizim nələrisə xatırlamağımıza, günümüzü planlı şəkildə keçirməyimizə, həmçinin hədəflərimizin demək olar ki, yarısına nail olmağımıza səbəb olur:
The research is conclusive. Dr. Gail Matthews, a psychology professor at Dominican University in California, did a study on goal setting with 267 participants. She found that you are 42 percent more likely to achieve your goals just by writing them down.
Amma necə ola bilər ki, əlimizə qələmi alıb istənilən bir şeyin (salfet, kiçik bir vərəq parçası, dəftər, kitab və s.) üstünə yazı yazmaq, bizi hədəflərimizə yaxınlaşdıran, eyni zamanda bizi rahatlaşdıran bir metoddur?
Niyə görə yazmalıyıq?
Yazmağın üstün cəhətlərini,mənim fikrimcə saymaqla bitirmək olmaz, misal olaraq aşağıda sadalayacağım nümunələri göstərə bilərik:
- Yazmaq daha aydın bir şəkildə düşünməyimizə kömək edir;
- Yazmaq günü daha planlı bir şəkildə yaşamağımıza kömək edir;
- Yazmaq ağlımızdakı olan fikir və ideyaları reallaşdırmağa kömək edir;
- Yazmaq bir çox insanlarda terapiya effekti göstərir və s.
Yazmaq anlayışı insandan insana dəyişən faktordur, təbii ki, həyatımızı daha planlı və “yaxşı" yaşamaq üçün yazının rolu əvəzedilməzdir, amma kimi insan gündəlik fikir və düşüncələrini post yazısı olaraq sosial mediada paylaşmağı sevir, kimiləri üçün bu soyuducunun üzərinə yapışdırılmış “Alınacaqlar listi”, kimiləri üçün isə iclaslar zamanı yanında daşıdığı bloknotdakı qeydlərdir.
Mən nə üçün yazıram?
Ambivert bir xarakterə malik olduğum üçün, həm öz hisslərimə, həyatıma düşkün biri, həm də ətraf aləmlə, insanlarla ünsiyyətdən çəkinməyən, karyerə və həyatım üçün əlimdən gələni edən biriyəm.
Məhz buna görə, yaxın dostlarımla, sosial şəbəkələrdə olan əlaqələrimlə öz hisslərimi, fikirlərimi, gəzdiyim yerlərdən aldığım notları, insanlara yazılarla dəstək olmağı çox sevirəm. Buna görə də bu bloqu yaratmaqda məqsədim başlıca olaraq bundan ibarətdir.
Ambivertlər hadisələrdən, vəziyyətdən asılı olaraq dəyişə bilirlər. Tənhalığa qapılıb kitab oxumağı sevsələr də, ictimai çıxışlardan, insanlar arasında məntiqli söhbətdən qaçmırlar. Hesab olunur ki, ambivert tip ekstravert və introvert tipin bir növ arasında yerləşir və “qızıl orta” hesab oluna bilər. İntrovertlər həyat fəaliyyətlərini daxili aləminə istinad edərək, ekstravertlər xarici amillərin təsiri altında yaşayırlarsa, ambivertlərdə harmoniya qorunur. Həm daxili, həm də xarici amillərin təsiri altında fəaliyyətlərini istiqamətləndirirlər. Onlar üçün qurduğu sosial əlaqələrin çoxluğu deyil, möhkəmliyi əsasdır. Bu da onların ən güclü tərəfidir. Ümumiyyətlə, müasir həyatda daha çox bu tip insanlar dəyişkən, hər kəsə uyğunlaşan xasiyyətinə görə uğurlu olurlar. (http://www.tipii.edu.az/az/article/482-xarakter-tiplari-introvert-ekstravert-va-ambivert-sentrovert)
Yazı yazmaq bacarıqdır yoxsa istedad?
“That is a one of tricky question, isn't that?” dediyinizi və ya içinizdən keçirdiyinizi hiss edirəm, narahat olmayın, burada buna açıqlıq gətirməyə çalışacam, çünki, inanın mənə, burada yazılarımı yazdıqca, yeni şeylər öyrənirəm və yaza-yaza eyni zamanda Google-da araşdırmalar edirəm, təbii ki, araşdırmaların əksəriyyəti xarici mənbələrdən və məqalələrdən oxuduqlarımın ümumiləşdirilməsidir.
Yazı yazmaq - ümumiyyətlə texniki bacarıqdır, sevindirici hal ondan ibarətdir ki, yazı yazmaq bacarığı zamanla asanlıqla qazanıla bilən bacarıqdır. Bu bacarığı öz həyatınızda inkişaf etdirmək üçün sizdən tələb olunan tək şey həyatınızın hər hansı bir aspektində yazı yazmağa başlamaqdır, bu planlama da ola bilər, oxuduğunuz məqalələrdən götürdüyünüz qeydlər də ola bilər və ya gündəlik facebook postunuz belə ola bilər.
Bu bacarığı həyatınızın hər hansı aspektində yaratdıqdan sonra, sistemli bir şəkildə bunu, həftənin 3 günü və ya həftədə sadəcə 1 dəfə belə olsa, etməyinizdir. Çünki bunu etdiyimiz zaman, yazı yazmaq ümumiyyətlə, həyatımızda bir texniki bacarıq yox, bir vərdiş formasını alır və həyatımızın əvəzedilməz parçasına çevrilir.
Bəs istedad?
Mənim fikrimcə, bu insandan asılı olaraq, dəyişən bir şeydir. Çünki filologiya fakültəsini bitirmiş bir şəxsin yazı yazmağa heç bir həvəsi olmaya və tam əksinə, mühəndislik fakültəsindən məzun olmuş birinin həvəsi və istəyi daha çox ola və buna görə də yazmağı filologiya fakültəsindəki şəxsdən daha çox sevə bilər, bu məncə, tamamilə insanın öz daxili dünyasından asılı olan bir şeydir.
İnsan, zaman keçdikcə, yaşadıqlarını daimiləşdirmək üçün müxtəlif üsullara əl atır; şəkil çəkmək, yazılar yazmaq və paylaşmaq, bunların sadəcə kiçik bir hissəsidir.
Bu postu sona kimi oxuduğunuz və dəyərli vaxtınızı ayırdığınız üçün səmimi qəlbimlə sizə təşəkkürümü bildirirəm.
Yazı çox xoşunuza gəldisə, bu yazını paylaşa və ya 1 kofe alaraq mənə dəstək ola bilərsiniz
Növbəti yazılarda görüşənədək!
Sevgilərlə,
Fərman Mikayılzadə