Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Fərman Mikayılzadə
  • Bədənimiz və sağlamlıq
    Fərman Mikayılzadə
  • 842 Views
  • 15.10.2023
  • 5 min read

Bədənimiz və sağlamlıq

İş çıxışı, başda biraz ağrı və bədəndə biraz üşütmə, “Yok ya, xəstələnmərəm” deyirsən öz özünə, çünki qalın geyinirsən, gündə üç dəfə qidalanırsan, “amma ya yediyim yemək toxundusa?,” evə çatdıq, baş ağrı güclənir, “Nəysə, etməm gərəkən işlər var,” amma gücüm çatmır, taqətim yetmir, baş ağrı getdikcə güclənir və üzərinə gəl, mədədə ağrı başlayır, ayağa qalxmağa hal qalmır, yerindən qalxa bilmirsən, otaq yoldaşından pəncərəni açmasını xahiş edirsən, sərin meh ilə biraz ovunursan, amma kifayət etmir, daha sərin bir yer lazımdır, ürək bulantısı başlayır. WC-yə getməyə çəkinirsən, qoxunun daha çox ürəyini bulandıracağını bilirsən… Səhər açılır, bütün ağrılar azalmış, bədən 9 saatlıq yuxunun ardından dincəlmiş və toparlanmış vəziyyətdə… Paltarını geyinirsən, yeməyini yeyib işə gedirsən

Bədənimiz və sağlamlıq

İki aşağı beş yuxarı, hər birimizin başına belə hadisələr gəlib deyə düşünürəm. Hər birimiz belə hallarda həyatımıza davam etməyə, heç olmasa vacib işlərimizi tamamlamağa çalışırıq, amma o anda bədənimiz artıq çökmüş vəziyyətdə olur.

Niyə görə bu baş verir?

İnsan olaraq, hər birimizin dincəlməyə hava və su kimi ehtiyacı var və bu prosses ömrümüzün sonuna kimi də belə olacaq. Təsadüfi deyil ki, hər birimiz bəzi zamanlar imtahan ərəfələrinə görə, müsahibəyə hazırlıqlara, layihə bitişinə qədər gecə yatmamalarına görə, pul uğruna qaldığımız over-time-lara görə bədənimizi artıq yükləyirik. Hətta, deyərdim ki, həddindən artıq. Bu həddindən artıq yükləmələr, bir müddət keçdikdən sonra fiziki olaraq özünü büruzə verməyə başlayır, və biz günə tam yaxşı bir şəkildə başlasaq da, sağlamlığımızda olan kiçik bir dəyişiklik (baş ağrısı, ürək bulanma, mədədə ağrı və s.) səbəbi ilə bütün hər şeyi təxirə salırıq.

İnsan bədəni mükəmməl alətdir. İnsan hava ilə tənəffüs edən, enerjini təmin etmək və qidalanmaq üçün bitki və heyvanlardan istifadə edən məməlidir.

Sadəcə bir dəqiqəliyinə bu postu oxumağı dayandırın;

Əlinizə, barmaqlarınıza, ayaqlarınıza, yanınızda güzgü varsa, güzgüdə özünüzə baxın, gözlərinizə, qulaqlarınıza, dərinizə nəzər yetirin, əlinizlə ürək döyüntülərinizin sayını, hərəkətini hiss edin, dərin bir nəfəs alın, bir nəfəs daha, sonra bir nəfəs daha, siz hər nəfəs aldığınızda başımızdan ayağımıza kimi yüz minlərlə prosedur avtomatik olaraq, zəncirvari şəkildə bir-birinin ardı ilə baş verir. Necə mükəmməl bir şəkildə yaradıldığımızı sadəcə təsəvvür etməyə çalışın; bədənimizin hər bir yerindəki simmetriyaya, ahəngə, aldığımız nəfəsdəki harmoniyaya diqqət yetirin. Bəlkə də bunu etdikdən sonra, ağlınızda negativ olaraq fikirləşdiyiniz nə varsa, hamısı yoxa çıxacaq;

Niyə görə?

Çünki, bizi bu cür yaradan Allah, sənin hal-hazırda ağlında olan hər bir sıxıntı üçün də həll yolları (Yolu yox, yolları) yaradıb. Və bu yollardan istənilən birini biz bədən üzvlərimizdən biri - beynimiz sayəsində fikirləşib tapa və qaldığımız yerdən həyatımıza davam edə bilərik.

Bədəninizin qayğısına qalın.

Çünki, biz bunu öz öhdəliyimizə götürməsək, başqası bizim üçün bunu etməyəcək, etməyə də borclu deyil:

  • Gündəlik siqaret mi çəkirsən? - Bir az azaltmağa cəhd etməmişdən əvvəl öz bədəninlə bunun bədəninə nə qədər zərərli olduğunu müzakirə etmisən mi?
  • Gündəlik şikayət mi edirsən? - Gündəlik olaraq, ətrafındakı insanlara sadəcə və sadəcə “Təşəkkür etməyə” cəhd etmisən mi?
  • Gündəlik olaraq zərərli mi bəslənirsən? - Yenə də, bunun nə qədər zərərli olduğunu başqası ilə yox, məhz öz bədəninlə müzakirə etmisən mi?

Çox insan bəhanələrə sarılır, “bir gün yaşayırıq bu həyatı” deyərək, gündəlik tempinə, içkisinə, siqaretinə, zərərli bəslənməsinə, daha çox işləməyə davam edir. Acı belə olsa, xatırlamaq lazımdır ki, bədənimiz, yalnız bir yerə qədər tab gətirəcək, bir yerə qədər mübarizəni davam etdirəcək və bir yerə qədər özünü “recover” edə biləcək. Daha sonra heç gözləmədiyimiz və heç istəmədiyimiz bir anda çökəcək.

 

Daha sonra nə olacaq?

Təbii ki, iki mümkün (bunlar mənim fikirlərimdir) situasiya var:

  1. Bədən özünü tibbi preparatlarla, gec də olsa, yenidən sağaltmağa cəhd edəcək,
  2. Daha sonrası olmayacaq!

Bax buna görə, ikinci variantın olma ehtimalı hər zaman var: 

“Daha sonrası olmaya bilər” fikrini biz dərk etməliyik, bax bunu nə qədər tez dərk etsək, bədənimizi bir o qədər tez xilas edə və daha sağlam, daha dolu-dolu həyatımızı yaşaya bilərik.

Daha yaxşı və daha sağlam bədənimiz aşağıdakı kiçik vərdişləri həyatımızın bir parçası halına gətirə bilərik:

  1. Gün ərzində 10.000 addım atmaq
  2. Gün ərzində minimum 1.5 lt su içmək
  3. Həftədə üç dəfə idman etmək
  4. Ətrafımızdakı insanlara “Təşəkkür etmək”
  5. Hər gün minimum 10 səhifə kitab oxumaq.
  6. Hər gün minimum 8 saat yuxu almaq (Bunu mən hələki tətbiq edə bilmirəm)
  7. Bədənimizə zərərli olacaq vasitələrdən uzaq olmaq və s.

Bu siyahını biz istədiyimiz qədər uzada və ən azı dörd beşini həyatımıza tətbiq edərək daha yaxşı bir bir bədənə və ən vacibi, daha yaxşı bir həyata sahib ola bilərik. Xatırlamalı olduğumuz son şey odur ki, “Daha yaxşı bir həyat yaratmaq, başqalarının yox, məhz öz əlimizdədir.

5 il sonra olacağımız şəxs, məhz bu gün oxuduğumuz kitablara, bu gün vaxt keçirdiyimiz dostlara, bu gün öyrəndiyimiz biliklərə bağlıdır.

Bu postu sona kimi oxuduğunuz və dəyərli vaxtınızı ayırdığınız üçün səmimi qəlbimlə sizə təşəkkürümü bildirirəm. 

Yazı çox xoşunuza gəldisə, bu yazını paylaşa və ya 1 kofe alaraq mənə dəstək ola bilərsiniz

Növbəti yazılarda görüşənədək!

Sevgilərlə,

 

Fərman Mikayılzadə

 

 

Other posts

The Power of Energy

The Power of Energy

  • 606 Views
  • 03.11.2023
  • 4 min read
Energy will do anything that can be done in the world; and no talents, no circumstances, no opportunities will make a two-legged animal a man without ...
Public
More
Nə yaxşı ki, mən varam!

Nə yaxşı ki, mən varam!

  • 697 Views
  • 01.10.2023
  • 2 min read
Stay faithtful. If you are hurting, stay hopeful. Pray and give thanks to God for the opportunity to grow; ask him to shed light, ask him for clarity. ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.